03.04.2013 [10:20] - Gündəm, Mədəniyyət
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü "Akkord Sənaye Tikinti İnvestisya Korporasiyası" ASC tərəfindən özünəməxsus şəkildə qeyd edilib. Əvvəlki illərdə olduğu kimi, Korporasiyanın Direktorlar Şurasının qərarı ilə Korporasiya nümayəndələri bu il də bu məşum günlərin acı xatirəsini Qubada - soyqırım qurbanlarının məzarında yad ediblər.
Korporasiyanın təşkil etdiyi ziyarət mərasiminə "Akkord"un dəstəyi ilə Pirşağı qəsəbəsində yeləşən 2 saylı Xocalı məktəbinin müəllim və şagird kollektivi, şəhid ailələri, mətbuat nümayəndələri də qatılıb. Əyinlərində Korporasiyanın sifarişi ilə hazırlanmış "Stop genocide" yazılı gödəkçələr olan nümayəndə heyəti və Xocalı sakinləri soyqırım qurbanlarının kütləvi məzarı önünə əklil və tər çiçəklər qoyublar.
Tədbirdə çıxış edən "Akkord Sənaye Tikinti İnvestisya Korporasiyası" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq Quliyeva bu məzarda uyuyan soyqırım qurbanlarına, həmçinin taleyinə oxşar soyqırım faciəsini yaşamaq yazılmış Xocalı şəhidlərinə rəhmət diləyərək bu ziyarətin xüsusi əhəmiyyətindən danışıb: "Korporasiyanın bu təşəbbüslə çıxış etməsində əsas məqsəd bir soyqırım qurbanlarını yad etməklə, digər soyqırım qurbanlarının xatirəsini ehtiramla anmağa nail olmaq kimi çox önəmli bir məsələyə diqqət çəkməkdir. Erməni millətçilərin xalqımıza qarşı yönəlmiş mənfur düşmənçilik siyasəti davamlı və dəyişməz olduğu kimi, həm də hər zaman dəhşətli dərəcədə amansız və qəddar xarakter daşıması ilə fərqlənib. Bu cür tədbirlərin keçirilməsi Ermənistan adlı bir dövlətin, kin və nifrət duyğuları ilə qidalanan bir millətin qəsbkar siyasətinə, işğalçılıq niyyətlərinə, faşizm ideologiyalı sərsəm xülyalarından əl çəkməməsinə bir etirazdır. Yalnız azərbaycanlı olduğu üçün qətlə yetirilən, asılan, soyulan, yandırılan bir xalqın övladları olaraq sizə - dünyada sabitliyin, sülhün, ədalətin, haqqın bərqərar olması missiyasını öz üzərinə götürən təşkilatlara və qurumlara, bu yolda əmək sərf edən siyasətçilərə, səfirlərə və nəhayət sadəcə vicdanlı insanlara göstərmək istəyirik ki, əsrlər dəyişsə də, erməni xisləti dəyişməz olaraq qalacaq. Ən ümdə məqsəd isə böyüməkdə olan nəsillərə tarixin dərslərindən ibrət almağı tövsiyə etməkdir".
Tədbirdə şəhid ailələrinin nümayəndələri də acı xatirələrini bölüşüb, yetişən nəslin tarixin bu acı səhifələrindən dərs çıxarmasının vacibliyini vurğulayıblar.
Ziyarət zamanı soyqırım məzarını ilk dəfə ziyarət edənlər üçün erməni faşistləri tərəfindən törədilmiş bu faciənin tarixi barədə geniş məlumat verilib.

Bu xəbər oxucular tərəfindən 820 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |