03.04.2013 [11:46] - Gündəm, Türk dünyası-Turan
Bu gün isə "Mavi Mərmərə" şəhidlərinin ailələri və yaralılarla görüş olacaq.
İsrailin "Mavi Mərmərə" gəmisinə hücumu nəticəsində dünyasını dəyişənlərin ailələrinə ödənəcək təzminatla bağlı müzakirələr gələn həftə başlayacaq. Bu haqda məlumatı "TRT Haber"in baş redaktoru Əhməd Bökənin müəllifi olduğu "Nələr Olur" proqramının qonağı olan baş nazirin müavini Bülənt Arınç verib.
Arınç İsrail heyətinin aprelin 11-də Ankarada olacağını bildirib. Baş nazirin müavini ilk görüşdə əsas çərçivəni müəyyənləşdirəcəklərini deyib. Türkiyə rəsmisi təzminatla bağlı məbləğ müəyyənləşdirmədiklərini bildirib. Bu müzakirələrdən əvvəl isə şəhidlərin yaxınları və yaralananların bir hissəsiylə görüş olacaq. Görüş bu gün xarici işlər naziri Əhməd Davudoğlunun iqamətgahında baş tutacaq.
Bülənt Arınç İsrailin üzrünün haqsız hərəkətin qəbul və etiraf edilməsi demək olduğunu söyləyib. Baş nazirin müavini İsrailin daha əvvəl də müxtəlif şəkillərdə , "Sizə qarşı haqsızlıq etmiş ola bilərəm, üzgünəm" kimi ifadələrlə vəziyyətdən çıxmağa çalışdığını, amma Türkiyənin bunu qəbul etmədiyini deyib: "Türkiyə diplomatiya sahəsində də, hüquq sahəsində də hökm ifadə edəcək üzr kəlməsinin rəsmi sənədlərdə qeyd olunmasını istədi. Üzr istəndikdən sonra ikinci mərhələ təzminatdır. Türkiyə əslində indiyə qədər buna hazırlaşırdı. Bu üzrün istənəcəyini, təzminat tələbimizin qəbul ediləcəyini bilirdik. Bu baxımdan hazırlıqlıyıq. Tələblərimizi hüquq çərçivəsində qarşı tərəfə təqdim edəcəyik".
Türkiyənin Qəzza embarqosunun ləğviylə bağlı tələbinin yerinə yetirilməsini də sonuna qədər izləyəcəyini bildirən Arınç baş nazir Ərdoğanın aprel ayında bölgəyə səfər edə biləcəyini, ancaq tarixin hələ konkretləşmədiyini deyib.

Bu xəbər oxucular tərəfindən 840 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |