Şrift:
Azərbaycanda dünyanın ən böyük məscidi tikiləcək
03.04.2013 [13:26] - Gündəm, Mədəniyyət
Bakının Qaradağ rayonu ərazisində Xəzər dənizi içərisində süni adalar üzərində salının “Xəzər adaları” şəhərində dünyanın ən böyük məscidi tikiləcək.

Bu barədə “Xəzər adaları” layihəsinin müəllifi, “Avesta Concern”nin rəhbəri Hacı İbrahim Nehrəmli deyib.

Xatırladaq ki, Pakistanın paytaxtı İslamabadda yerləşən “The Shah Faisal Mosque” (Şah Faisal Məscidi) Ginesin rekordlar kitabına düşmüş dünyanın ən böyük məscididir. Bu məscidin tikintisinə 1976-cı ildə başlanılıb, 1986-cı ildə isə başa çatıb. Ənənəvi məscidlərdən çox fərqli görünüşə malik olan Şah Faisal məscidi ərəb çadırları şəklində çox geniş ibadət yerinə və 4 minarəyə sahibdir. Məscidin 5000 kvadratmetr sahəsi var və əsas ibadəd yerində 74 min nəfər, açıq ərazisində isə 200 min nəfər ibadət edə bilir. Şah Faisal məscidinin tikintisi 120 milyon ABŞ dollarına başa gəlib.
Bu xəbər oxucular tərəfindən 1647 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed