Şrift:
Qobustanda etiraz aksiyası keçirilib
03.04.2013 [13:41] - Gündəm, Sosial
İcra başçısının müavini: "Sakinlər öz problemlərini icra başçısına bildiriblər"



Qobustanda etiraz aksiyası keçirilməsi ilə bağlı İcra Hakimiyyəti tərəfindən rəsmi açıqlama verilib. Rayon icra başçısının müavini Anar Əliyevin verdiyi məlumata görə, bu gün icra başçısı Adil Məmmədovun qəbul günüdür. Bu səbəbdən rayon sakinləri Cəngi kəndinə yığışıblar. Sakinlər öz problemlərini icra başçısına bildiriblər. Həqiqətən də, ora 100-dən çox insan yığılıb. Lakin heç bir aksiya, yaxud etiraz olmayıb.

Qobustan rayonunun Cəngi kəndində etiraz aksiyası keçirilir. Kənd sakinlərinin verdiyi məlumata görə, 150-dən çox kənd sakini torpaq islahatlarındakı qanunsuzluqlara etiraz əlaməti olaraq, Cənginin mərkəzinə toplaşıb.

Etirazlar Qobustan rayon İcra Hakimiyyətini təşvişə salıb. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Cəngiyə gedib. Hazırda kənd məktəbinin həyətində məmurlarla etirazçılar arasında danışıqlar aparılır.
Bu xəbər oxucular tərəfindən 1067 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed