Şrift:
Elbrus dağının 4300 metr yüksəkliyində itkin düşən Güney Azərbaycanlı alpinistin meyiti tapılıb
03.04.2013 [14:29] - Gündəm, Güney Azərbaycan xəbərləri, Hadisə
25 gün əvvəl Rusiyanın cənubundakı Elbrus dağının 4300 metr yüksəkliyində itkin düşən, İranın Ərdəbil əyalətinin Səreyin şəhərindən olan azərbaycanlı alpinist Əli Əsədinin və polşalı alpinist Pavel Qustinskinin meyitləri tapılıb.

Əli Əsədi və Pavel Qustinski ilə birlikdə martın ortalarında dağın zirvəsinə çıxmağa cəhd göstərərkən kəskin hava şəraitində yoxa çıxmışdı. Hər iki alpinisti qurtarmaq üçün axtarış əməliyyatlarına başlansa da, hava şəraiti buna imkan verməmişdi.
Elbrus dağında itkin düşən alpinistləri axtaran qrupun rəisi Boris Tilov jurnalistlərə açıqlamasında deyib ki, hər iki alpinistin meyitinin tapılması havaların nisbətən istiləşməsindən sonra, aprelin 2-də mümkün olub.
Bu xəbər oxucular tərəfindən 1000 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed