03.04.2013 [14:44] - Güney Azərbaycan xəbərləri
"İran İslam Respublikası" dini liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayətinin “Azərbaycan” adlı kitabı çapdan çıxıb.
Əli Əkbər Vilayəti 1981-97-ci illərdə İranın xarici işlər naziri olub.
Vilayətinin “Azərbaycan” kitabı 176 səhifə həcmindədir, 2 min nüsxədə çap edilib.
Kitab səkkiz bölmədən ibarətdir: “Azərbaycanın adı”, “Eramızdan əvvəlki dövrlərdə Azərbaycan”, “İslamdan əvvəlki tarixi dövrdə Azərbaycan”, “Azərbaycan şəhərləri və bölgələrinin tarixi”, “Azəri dili”, “Azərilərin dini”, “Qədim dövrdə Azərbaycan iqtisadiyyatı”, “Azərbaycanın qədim və tarixi abidələri”.
Əli Əkbər Vilayəti kitaba yazdığı ön sözdə bildirir ki, bu əsəri yazmaqda məqsədi “İranın müxtəlif bölgələrinin coğrafi, tarixi və mədəni xüsusiyyətləri haqda mükəmməl və dəqiq əsərlər hazırlayıb ortaya qoymaq”dır. Müəllif yazır: “Bu mənada İran vaxtilə onun bir hissəsi olmuş bütün əraziləri əhatə edir, hətta o ərazilər bu gün İranın siyasi coğrafiyasında yer tutmasa da, bu ölkənin enişli-yoxuşlu tarixində ondan qopub ayrılmış olsa da”.
Ön sözdə bildirilir ki, Azərbaycan tarix boyu müxtəlif tayfaların, etnik qrupların məskən saldığı, az sonra yerini başqalarına verdiyi diyarlardan biridir: “Hurrilər, lullubilər, Manna, quttilər, assurilər, Urartu və s. tayfaları buna missal göstərmək olar. Bu tayfaların hər birinin bu böyük diyarın sivilizasiyasının formalaşmasında rolu olub”.

Bu xəbər oxucular tərəfindən 1112 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |