04.04.2013 [10:10] - Xəbərlər, Diaspor
1999-2001-ci illərdə İsrailin baş naziri, 2009-2013-cü illərdə isə İsrail baş nazirinin müavini və müdafiə naziri olmuş Ehud Barak Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olacaq.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, E. Barak forumda çıxış edəcək.
Qeyd edək ki, 2005-ci ildə İsrailin Ynet xəbər agentliyinin apardığı sorğu nəticəsində E. Barak dünyanın ən nüfuzlu 200 yəhudisindən biri seçilib. E. Barak Fələstinlə sülh danışıqlarında Fələstinin ərazi bütövlüyünün tanınmasına cəhd edən yeganə İsrail baş naziri kimi də tanınır.
Cənubi Qafqaz Forumu o cümlədən İsgəndəriyyə Kitabxanası, YUNESKO-nun sabiq direktoru Federiko Mayor Zaragozanın rəhbərlik etdiyi Fundacion de Pas və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdırılır.
Forumda İordaniya Kraliçası Nur, İsrailin sabiq baş naziri Ehud Barak, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, YUNESKO-nun sabiq direktoru Federiko Mayor Zaragoza, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Latviyanın sabiq prezidentləri, xanım Vaira Vike-Freiberga, Valdis Zatlers, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl, Finlandiyanın sabiq prezidenti, xanım Tarja Halonen, Mavritaniya, Boliviya, Argentina, Kosta Rika, Litva, Nigeriya, CAR, Portuqaliya, Meksika və ümumiyyətlə 50-yə yaxın ölkənin regional və dünya miqyasında tanınan liderləri təmsil olunacaqlar.
Forum Beynəlxalq Chatham Evinin qanunları ilə nizamlanılır.

Bu xəbər oxucular tərəfindən 1229 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |