04.04.2013 [10:58] - Güney Azərbaycan xəbərləri, Siyasət
İran Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin təşkilatçılığı ilə martın 30-da Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfrans keçirilməsinə etiraz olaraq Azərbaycan Respublikasına nota verib.
Belə ki, martın 31-də Azərbaycanın Tehrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov İran Xarici İşlər Nazirliyinə çağrılıb. Xarici işlər nazirinin müavini Abbas Əraqçi Azərbaycan səfirinə etiraz məktubu verib. Məktubda bildirilib ki, həmin tədbirdə İranın ərazi bütövlüyü və Tehran hakimiyyətinə qarşı fikirlər səsləndirilib. Azərbaycan dövlətinin bu tədbirin keçirilməsinin qarşısının alınması üçün lazımi tədbir görməməsinə də etiraz bildirilib. A.Əraqçı deyib ki, bu kimi fəaliyyətlər iki ölkə arasında müsbət və inkişaf edən münasibətlərə zərbə vura bilər: “Bu tədbirdə İran əleyhinə məqsədyönlü və təhdidedici, həmçinin yalan məlumatlar səsləndirilib. Bu da yalnız sionistlərin mənafeyinə xidmət edən işlərdir. Belə bir konfransın keçirilməsinə heç bir şəkildə haqq qazandırıla bilməz”.
Qeyd edək ki, sözügedən tədbir martın 30-da “Park İnn” hotelində keçirilib. Konfransda Milli Məclisin deputatları,Fərəc Quliyev,Qudrət Həsənquliyev,Gültəkin Hacıbəyli, ictimai-siyasi xadimlər, partiya təmsilçiləri, ekspertlər Güney Azərbaycanla bağlı fəaliyyət göstərən qurumların üzvləri, xaricdə fəaliyyət göstərən Güney azərbaycanlıların hüquq-müdafiə təşkilatlarının nümayəndələri iştirak ediblər. “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı “İran dövləti böhran içində”, professor Nəsib Nəsibli “Güney Azərbaycan: milli mübarizənin perspektivləri”, AMEA-nın Coğrafiya İnstitutunun direktor əvəzi Ramiz Məmmədov “Urmiya gölünün problemləri” mövzusunda çıxış ediblər. Politoloq Vəfa Quluzadə, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev, Bütöv Azərbaycan Hərəkatının sədri Yasəmən Qaraqoyunlu və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Bəs, dövlət qurumlarından hər hansı birinin təşkilatçı qismində çıxış etmədiyi, dövlət məmurlarının iştirak etmədiyi tədbirə görə dövlətin səfirini çağıraraq ona etraz notası təqdim etmək nə dərəcədə düzgündür?
Ümumiyyətlə, tədbir iştirakçıları İranın reaksiyasını necə qarşılayırlar? Tədbirin məruzəçilərindən biri, Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli “Gündəlik Teleqraf”a bildirib ki, nota təqdim etməyin səbəblərini İran tərəfi əsaslandırsa daha yaxşı olar. O qeyd edib ki, elmi konfransa və onun mövzusuna bu cür qıcıqla yanaşmağın həqiqətən, heç bir anlamı yoxdur: “Konfransda güneydəki soydaşlarımızın vəziyyəti, Urmiya gölünün durumu müzakirə olundu, həbs olunan, müxtəlif təzyiqlərə məruz qalan azərbaycanlıların siyahıları səsləndi və bina qiymət verildi. Bununla bağlı əgər İran tərəfinin başqa sözü varsa, buyursun desin, yoxsa boş yerdən qıcıqlanmağın, nota verməyin heç bir anlamı yoxdur. Yəni, bütün dünya bilir ki, İrandakı soydaşlarımızın minlərlə problemi var. Urmiya gölünün problemlərindən də bütün dünya danışır. Biz də bu problemləri dilə gətirmişik. İran tərəfi niyə qəzəblənib, qoy bunu əsaslandırsın. Özü də əməlli-başlı, insan dilində danışaraq əsaslandırsın. Mətbuatda verilmiş fikirlərdən heç nə anlamaq mümkün deyil. Yəni, Azərbaycan tərəfinə təzyiq göstərilir, “sizinlə münasibətlərimizə yenidən baxa bilərik” deyilir ki, məncə, bu da çox əsassız bir bəyanatdır”.
N.Nəsibli qeyd edib ki, İran tərəfi Azərbaycan Respublikasında Güney Azərbaycanla bağlı hansısa tədbir, müzakirə keçirilməsinə çox həssas yanaşır: “Hətta buna qıcıqlanır və daim müxtəlif səviyyələrdə reaksiya verir. Budəfəki reaksiya da həmin reaksiyalar zəncirinin bir halqasıdır. Mənə elə gəlir ki, burada qeyri-adi heç nə yoxdur. Çünki İran tərəfi haqsız olduğunu bilir. Güney Azərbaycanın vəziyyəti ilə bağlı hər hansı informasiyaya, müzakirəyə İranın reaksiyası özünü gözlətmir və tez bir zamanda dövlət səviyyəsində bir bəyanatla ona münasibət bildirir. Məncə, bunu haqsız tərəfin qəzəblənərək reaksiya verməsi kimi qiymətləndirmək lazımdır. Haqsız tərəfin qəzəblənməsi isə o deməkdir ki, Güney Azərbaycanla bağlı İran sərhədləri xaricində gedən proseslər doğru yoldadır”.
Tədbirin digər məruzəçisi, “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi analitik Araz Aslanlının fikrincə isə, İran tərəfinin bəyanatı ilk növbədə ona görə əsassızdır ki, bu, dövlət səviyyəsində keçirilmiş, yəni rəsmi tədbir deyil. O qeyd edib ki, dünyanın hər yerində, bütün ölkələrdə qeyri-hökumət təşkilatları var: “Onların keçirdikləri tədbirlərdə tədqiqatçı-alimlər, siyasətçilər, jurnalistlər iştirak edib öz fikirlərini deyə bilərlər. Bu tədbirlərdə səslənən fikirlərin məsuliyyətini dövlət daşımır. Nəinki tədbirlərdə, hətta müxtəlif ölkələrin parlamentlərində də, yəni müəyyən mənada dövlət hakimiyyətinin bir qolu saya biləcəyimiz orqanda belə millət vəkilləri müxtəlif fikirlər irəli sürə bilirlər və bu da çox normal qarşılanır. Bu məsələnin bir tərəfidir və bu mənada İranın Azərbaycana nota təqdim etməsinin nə hüquqi, nə də diplomatik cəhətdən əsası var. İkincisi, həmin tədbirdə İranla bağlı beynəlxalq hüquqa zidd hansısa fikir səslənməyib, terrora, yaxud silahlı mübarizəyə çağırış edilməyib. Yəni, qeyri-rəsmi tədbir olsa da, orada beynəlxalq hüququ heçə sayan bir çıxış edilməyib, plan müzakirə olunmayıb. Müzakirələr mədəni, hüquqi çərçivədə aparılıb. Ona görə mən İranın həm notasını, həm Bakıdakı səfirliyin mətbuat xidmətinin rəhbərinin verdiyi açıqlamanı əsassız hesab edirəm”.
A.Aslanlı qeyd edib ki, əksinə, İranın dövlətlə birbaşa əlaqəli, dövlət siyasətini icra edən dini, hərbi və siyasi titullu şəxslərinin Azərbaycanla bağlı beynəlxalq hüquqa zidd, onu ayaqlar altına atan açıqlamalarını tez-tez görmək mümkündür: “Yəni, əgər İran Azərbaycan Respublikası ilə normal münasibətləri çox arzulayırsa, məncə, həm öz daxilində dövlət səviyyəsində verilən bu cür açıqlamalara, həm də Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanla münasibətlərə baxmalıdır. İranın yalnız bundan sonra hansısa məsələlərə etiraz etməyə mənəvi haqqı çata bilər”.

Bu xəbər oxucular tərəfindən 1071 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |