04.04.2013 [11:03] - Xəbərlər, Siyasi partiyalar
Ölkəmizdə səfərdə olan Kanada parlamentinin Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri aprelin 3-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşdülər.
Hakim partiyanın nümayəndəsi, YAP icra katibinin müavini Mübariz Qurbanlı görüşü açaraq qonaqları salamladı. Sonra Milli Məclisdə 11 siyasi partiyanın təmsil olunduğu barədə məlumat verərək görüşdə iştirak edən partiya liderlərini qonaqlara təqdim etdi.
Görüşdə Kanadanın İcmalar Palatasının sədr müavini, Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolin Bakıya səfərin əhəmiyyətini yüksək dəyərləndirdi.
Milli Məclisin deputatlarına Kanada parlamentinin strukturu, fəaliyyəti, seçki qaydaları barədə ətraflı məlumat verən nümayəndə heyətinin başçısı bildirdi ki, dünyanın hansı ölkəsində doğulmasından asılı olmayaraq, müəyyən müddət Kanadada yaşayan hər bir vətəndaş parlament seçkilərinə qatıla bilər. Mövcud qanunvericiliyə görə, Kanada parlamentində spiker və müavinləri partiya mənsubiyyətindən asılı olmayaraq, neytral mövqedən çıxış etməlidirlər.
Tanışlıq zamanı bəlli oldu ki, ölkəmizə səfər etmiş Kanada parlamentariləri arasında Polşada, Pakistanda, Koreyada və başqa ölkələrdə anadan olmuş şəxslər var.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev çıxış edərək bildirdi ki,Kanadadan fərqli olaraq bizim ölkədə vətəndaşlar yerli və mərkəzi idarəetmədə tam iştirak edə bilmirlər,buna səbəb Ermənistanın işğalı nətuicəsində insanların öz dogulduqları yerlərdən didərgin düşməsidir.Bu vətəndaşların kompakt yaşadıqları icmalar dağıldığından, və etimadını zaman-zaman qazanmış, ölkəboyu məcburi köçkün kimi yaşayan elektoratın dəstəyini ala bilmədiklərindən bələdiyyə idarəetməsində və mərkəzi idarəetmədə də iştirakları məhdudlaşıb. Bir milyon məcburi köçkünün əmlak və digər hüquqları ilə birgə idarəetmədəki hüquqlarının pozulması,birmənalı olaraq Ermənistanın ərazilərimizi işğal etməsi ilə bağlıdır. Fərəc Quliyev bir milyon qaçqın-köçkünün insan hüquqlarının bərpası, doğma yurdlarına qaytarılması üçün Kanadanın BMT-dəki imkanlarından maksimum istifadə etməsi çağırışı səsləndirdi.
Görüşdə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, eyni zamanda Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Sabir Rüstəmxanlı çıxış etdilər.
MDHP mətbuat xidməti

Bu xəbər oxucular tərəfindən 2046 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |