04.04.2013 [11:40] - Güney Azərbaycan xəbərləri
Görüş Aprelin 1-də baş tutub. Görüşdə Tehran və İslamşəhrdə yaşayan azərbaycanlı fəallar Əbülfəz Mirzəxani, Mənsur Fəthi, Behnam Şeyxi, Həmid Mənafi, Hadi Sadiqi, Rza Payan və Taymaz Sultanian Zəncan və Mərənddən olan başqa fəallarla birlikdə iştirak ediblər. Görüşdə ilk olraq Səid Mətinpurun anası qonaqlara oğlunun dosyesi ilə bağlı məlumat verib və bildirib ki, zindan məsulları və Zəncanın İTTELAAT-i (İran Kəşfiyyat Nazirliyi) qanunsuz hərəkət edib və Səidə məzuniyyət (mürəxəsi) vermirlər. Eyni zamanda görüşə də mane olurlar. Fəalın anası həmçinin bildirib ki, Zəncan İTTELAAT-i milli-mədəni fəalların onlara qonaq gəlməsindən qorxur və dəfələrlə onu və Səidin atasını çağırıb fəalların qonaq gəlməsi və Səidlə maraqlanmalarına görə onları təhdid ediblər. Lakin ailə İTTELAAT-ın bu qanunsuz tələbini rədd edib. Görüşdə iştirak edən fəallar hər biri günhasız olaraq həbsə salınan Səid Mətinpurun ailəsi ilə həmdərd olduqlarını bildirib və Səid Mətinpuru Azərbaycan Milli Hərəkatının müqavimət və məzlumluq simvolu adlandırıblar.
Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |