Şrift:
Avropa Birliyi Azərbaycana viza rejimini sadələşdirilir
04.04.2013 [11:53] - Xəbərlər, Gündəm
Gələn həftə Brüsseldə Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ saziş üzrə plenar sessiya keçiriləcək.

Bu barədə keçirdiyi mətbuat konfransında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia məlumat verib.

O deyib: “Bilirsiniz ki, bu saziş bizim hər hansı bir ölkəyə təqdim edə biləcəyimiz ən yaxşı sazişdir. Sessiyanın 9-10 aprel tarixlərində keçirilməsi gözlənilir. Azərbaycan tərəfini bu sessiyada çox güman Azərbaycan xarici işlər nazirin müavini Mahmud Məmmədquliyev təmsil edəcək”.

Roland Kobia əlavə edib ki, viza rejiminin sadələşdirilməsi və readmissiya sazişi ilə bağlı bütün məsələlər artıq həll olunub: “Bu yaxınlarda Brüsseldə bununla bağlı danışıqların son mərhələsi başa çatıb. Bəzi xırda detalların tezliklə həllindən sonra bu saziş imzalanacaq”.
Bu xəbər oxucular tərəfindən 912 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed