Şrift:
Devid Kemeron: Böyük Britaniya KXDR və İran təhlükəsinin artması səbəbindən nüvə silahından imtina etməyəcək
05.04.2013 [10:07] - Xəbərlər, Siyasət
Böyük Britaniya KXDR və İran təhlükəsinin artması səbəbindən nüvə silahından imtina etməyəcək. İTAR-TASS-ın verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib.
"Nüvə silahı ilə dünyanı təhdid edən KXDR və atom bombası əldə etməyə çalışan İran tərəfindən təhdidlərin artması vəziyyətində ölkəni müdafiəsiz qoymaq ağılsızlıq olardı" - deyə Kemeron bildirib.
O, vurğulayıb ki, əgər KXDR-in raketləri ABŞ ərazisinə çata bilirsə, o zaman zərbə altında Böyük Britaniya da ola bilər.
Qeyd edək ki, Böyük Britaniyanın nüvə arsenalı Şotlandiyadakı bazanın sualtı qayıqlarında yerləşdirilib. Lakin 2016-cı ildə Edinburq referendum keçirməklə, krallıqdan ayrılmağı planlaşdırır. Əgər referendum müsbət nəticələnsə, Şotlandiya özünü nüvəsiz zona elan edəcək.
Bu xəbər oxucular tərəfindən 790 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed