Şrift:
Rəsmi Bakı İranın notasına cavab verdi
05.04.2013 [10:25] - Gündəm, Siyasət
Azərbaycan İran Xarici İşlər Nazirliyinin notasını cavablandırıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov cavab notasını İran XİN-ə təqdim edib.

Cavab məktubunda bildirilir ki, martın 30-da Bakıda keçirilmiş “Müasir Cənubi Azərbaycanın sabahı” mövzusunda səslənən bəyanatlar Azərbaycanın rəsmi mövqeyini əks etdirmir.

“Azərbaycan İranla ikitərəfli münasibətlərə böyük önəm verir. İranla mövcud ikitərəfli münasibətlər dostluq və qarşılıqlı anlaşmaya əsaslanır. Azərbaycan həmçinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə və gələcəkdə daha da inkişafına İranın verdiyi dəstəyi yüksək qiymətləndirir”.

Qeyd edək ki, İran Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə martın 30-da Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfrans keçirilməsinə etiraz olaraq Azərbaycan Respublikasına nota verib. Martın 31-də Azərbaycanın Tehrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran xarici işlər nazirinin müavini Abbas Əraqçi Azərbaycan səfirinə etiraz məktubu verib. Məktubda bildirilib ki, həmin tədbirdə İranın ərazi bütövlüyü və Tehran hakimiyyətinə qarşı fikirlər səsləndirilib. İran Azərbaycan dövlətinin bu tədbirin keçirilməsinin qarşısının alınması üçün lazımi tədbir görməməsinə də etiraz edib.
Bu xəbər oxucular tərəfindən 972 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed