Şrift:
Vilayəti Azərbaycan adlı kitabında Azərbaycan türklərinin tarixini saxtalaşdırıb
05.04.2013 [10:49] - Güney Azərbaycan xəbərləri
İranda Azərbaycan türklərinin tarixinin saxtalaşdıran kitab nəşr edilib. “Azərbaycan” adlı kitabın müəllifi Əli Əkbər Vilayətidir.
Azərbaycanda İslamdan öncəki dövrün tarixini əhatə edən 176 səhifəlik kitabda “Azərbaycanın adı”, “Azərbaycan şəhərləri və bölgələrinin tarixi”, “Azəri Dili”, “Azərilərin dini” və “Qədim Azərbaycanın iqtisadiyyatı” başlıqları altında bölmələr yer alır. Bu kitabın ana xəttində pan-İranist təbliğatları əsasında bugünkü Azərbaycan əhalisinin türk deyil, bəlkə türkdilli olması və qədim İran dillərindən olan Azəri dilinin Türk tayfalarının hücumu nəticəsində aradan getməsi istiqamətində olması barədə sayıqlamalar yer alıb.
Bildirək ki, İranın anti-türk siyasətçilərindən biri kimi tanınan Əli Əkbər Vilayəti uzun müddət İranın xarici işlər naziri olub. İndi isə o, Xamneyinin beynəlxalq məsələlər üzərə xüsusi müşaviridir. Vilayəti həm də qarşıdan gələn prezident seçkilərində əsas namizədlərdən biridir.
Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed