Şrift:
Bu gün 12 məhkumun gözündə cərrahiyyə əməliyyatı aparılıb
05.04.2013 [11:32] - Xəbərlər, Sağlıq
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubleyi münasibəti ilə cümə günü Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin müalicə müəssəsində Milli Oftalmalogiya Mərkəzinin xüsusi səyyar oftalmoloji müayinə və əməliyyat blokunda mərkəzin əməkdaşlarının iştirakı ilə 12 məhkumun gözündə cərrahiyyə əməliyyatı aparılıb, 30 məhkum əlavə oftalmoloji müayinələrə cəlb olunub.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev Trend-in əməkdaşına bildirib ki, Pentensiar müəssələrdə saxlanılan məhkumlar arasında göz xəstəliklərini vaxtında aşkar etmək və adekvat tibbi yardım göstərmək məqsədilə Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə geniş ixtisaslaşdırılmış tibbi müayinələr təşkil edilib.

Onun sözlərinə görə, mart- aprel ayları ərzində 80-nə yaxın məhkumun görmə orqanı müasir avadanlıqlar vasitəsilə müayinə edilib, 10-a yaxın məhkum daha dəqiq avadanlıqlarla müayinə olunmaq üçün Milli Oftalmologiya Mərkəzinə göndərilib.

Məhkumların görmə orqanlarında yaranan xəstəliklərin müasir tələblərə cavab verən səviyyədə müalicəsini təmin etmək üçün PX-in Tibb Baş İdarəsi tərəfindən Milli Oftalmologiya Mərkəzi ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub.

Mehdiyev bildirib ki, 2013-cü ilin müxtəlif dövrlərində cəzaçəkmə müəssisələrinin 12 məhkumu Milli Oftalmologiya Mərkəzinin müşahidəsi ilə cərrahiyyə əməliyyatı olunub, 24 məhkum müxtəlif əlavə müasir müayinələrə cəlb olunub.
Mərkəzin mütəxəsisiləri cəzaçəkmə müəssələrində 128 məhkuma tibbi baxış və oftalmoloji müayinə həyata keçirib. Bu əməkdaşlıq məhkumlara yüksək səviyyəli oftalmoloji yardımın təmin edilməsində köməklik göstərir.
Bu xəbər oxucular tərəfindən 1170 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed