Şrift:
İran Əsədin devrilməsinə qarşı qoşun hazırlayır
05.04.2013 [11:42] - Güney Azərbaycan xəbərləri, Hərb
Suriya təhlükəsizlik sisteminin tədricən zəifləməsi Bəşər Əsədin öz təhlükəsizliyinin təmin edilməsində iştirak edən iranlıların təsirini gücləndirib, bu barədə Le Figaro yazır. Suriyalı şiə və ələvilərdən formalaşmış 50 minlik “Xalq ordusu” Suriya ordusu ilə birlikdə Dəməşq rejimini üsyançı sünnilərdən müdafiə edir. Ən yaxşı döyüşçülər “Hizbullah”da və Iran Islam Inqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələri yanında hazırlıq keçib.
Ötən ilin avqustunda ABŞ müdafiə naziri Leon Panetta qeyd edirdi ki, Iran Suriya daxilində qoşun yığır. Dekabrda “Xalq ordusu” haqqında informasiya təsdiq edilib və Vaşinqton IIKK-ni “Bəsic” dəstələri şəklində qurulmuş Iranyönlü qoşun hazırlamaqda, silahlandırmaqda və maliyyələşdirməkdə ittiham edib. “Hizbullah” döyüşçülərindən başqa, yığma qoşunun hazırlanmasında Iran şiə hərəkatlarının üzvləri də iştirak edir. Məhz onlar üsyançı sünnilər tərəfindən mühasirəyə alınmış şiə kəndlərini qorumağa kömək edir. Diktatorun müdafiəsindən başqa, “Xalq ordusu” Əsəd hakimiyyətdən məhrum olarsa, Suriyada Iran təsirinin aləti kimi düşünülüb.
Bir müddət əvvəl Tehran artıq internet və kommunikasiyalara nəzarət məsələsində təcrübəsini Suriya ilə bölüşüb, son aylarda isə Iraq hava məkanı üzərindən Dəməşqə silah nəqlini fəallaşdırıb.
Bu xəbər oxucular tərəfindən 1590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed