Şrift:
Bu il iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının iclası keçiriləcək
06.04.2013 [09:39] - Xəbərlər, Türk dünyası-Turan
Bu yaxınlarda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır. Bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə işlər gedir, lakin tərəflər hələ görüşün tarixini müəyyənləşdirməyiblər.
Səfir vurğulayıb ki, bu il ərzində iclas mütləq keçiriləcək, sadəcə tərəflərin sıx qrafikinə görə münasib tarixin seçilməsində müəyyən problemlər var. Görüşdə ikitərəfli iqtisadi əlaqələri əhatə edəcək məsələlər müzakirə olunacaq.
Coşqun Türkiyədən Azərbaycana bu yaxınlarda baş tutacaq səfərlərdən də danışıb. Onun sözlərinə görə, Bakıda keçiriləcək Dünya İqtisadi Forumunda Türkiyənin energetika nazirinin iştirakı gözlənilir, həmçinin meşə və su təsərrüfatı, təhsil, qida və heyvandarlıq üzrə məsul nazirlərin də Azərbaycana səfərləri planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 766 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed