Şrift:
Putin: «Suriya müxalifətinə silah verilməsi dayandırılmalıdır»
06.04.2013 [10:11] - Xəbərlər, Siyasət
Suriyadakı vəziyyəti nizamlamaq üçün bölgədə hərbi əməliyyatlara dərhal son qoymaq və müxalifətə silah verilməsini dayandırmaq lazımdır. Rusiya prezidenti Vladimir Putin Almaniyanın ARD televiziyasına müsahibəsində bu bəyanatı səsləndirib.

«Hesab edirəm ki, hərbi əməliyyatların dərhal dayandırılmasına və silah ötürülməsinə nail olmaq lazımdır. Bizə həmişə deyirlər ki, Rusiya Əsədə silah ötürür. Birincisi, legitim hökumətlərə silah verilməsinə qadağan yoxdur. İkincisi, yalnız Suriyaya yaxın hava limanları vasitəsilə müxalifət son dövrlər ərzində 3,5 ton silah-sursat alıb. Bu barədə ABŞ mətbuat yazır. Bax buna son qoymaq lazımdır», deyə Putin bildirib.
Bu xəbər oxucular tərəfindən 950 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed