06.04.2013 [10:18] - Gündəm, İslam dini
Vaşinqtonda Amerika Yəhudi Komitəsinin nəzdində fəaliyyət göstərən Müsəlman və Yəhudi icmaları arasında Etiqadlararası Dialoq Forumunun təşəbbüsü və Azərbaycan səfirliyinin dəstəyi ilə yəhudi icmasının ənənəvi dini bayramı (yəhudilərin Misirdə quldarlıqdan qurtulması-Eksodus (passover seder)) münasibətilə mərasim keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən Forum təsisçiləri Stuart Levi və Pərviz Xan müasir dünyada fikir ayrılıqlarının mövcudluğu şəraitində müxtəlif etiqadları təmsil edən insanların bir araya gətirilməsi ideyasının dinlər arasında ortaq dəyərlərin üzə çıxmasına yardımçı olduğunu bildirib. Natiqlər Azərbaycanın dini dözümlülüyün təşviqi sahəsində qazandığı imicin nümunəvi olduğunu qeyd edib.
Mərasimdə çıxış edən səfirliyin müşaviri Məmməd Talıbov ölkəmizin etnik və dini rəngarəngliyinə görə daim fəxr etdiyini və dövlətimizin rəhbərliyi tərəfindən tolerantlığın təşviqinin daxili siyasətin mühüm tərkib hissəsi olduğunu qeyd edib.
Buna misal olaraq, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq üzrə keçirilmiş irimiqyaslı beynəlxalq konfranslar üçün ideal məkan olduğunu diqqətə çatdırıb.
Talıbov ölkəmizdə məskunlaşmış digər etnik və milli azlıqlarla yanaşı, yəhudi icmasının da heç bir ayrı-seçkiliyə məruz qalmadan tarixən yaşadığını və dini ayinlərinin sərbəst şəkildə icrası və bayramların qeyd edilməsi üçün bütün mümkün şəraitin yaradıldığını qeyd edib.
Qeyd edək ki, 2009-cu ildə təsis edilmiş Forumun məqsədi müxtəlif sosial, mədəni tədbirlərin keçirilməsi yolu ilə yəhudi və müsəlman icmalarının bir araya gətirilməsidir. Forumun təşəbbüsü və ABŞ-a akkreditə olunmuş müxtəlif səfirliklərin dəstəyi ilə müsəlman və yəhudi icmasının ənənəvi dini bayramları qeyd edilir.

Bu xəbər oxucular tərəfindən 1077 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |