06.04.2013 [10:21] - Gündəm, Hərb
Şimali Koreya Xarici İşlər Nazirliyi rusiyalı diplomatlara Pxenyanı tərk etməyi məsləhət görüb. Rusiyanın Pxenyandakı səfirliyinin mətbuat katibi Denis Samsonv bildirib ki, analoji xəbərdarlıq digər səfirliklərin də əməkdaşlarına edilib. Diplomat evakuasiya təklifinin müzakirə olunduğunu deyib, lakin hələlik bununla bağlı qərar qəbul olunmayıb. “İnterfaks” agentliyi Pxenyan küçələrində sakitlik olduğunu, müharibənin başlayacağına dair heç bir əlamət müşahidə olunmadığını yazır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, hazırda Moskva baş verənləri araşdırmağa çalışır. O bildirib ki, rəsmi Pxenyan diplomatlardan ölkəni tərk etməyi tələb etməyib, bunu yalnız məsləhət görüb: “Bir daha təkrar edirəm, burada bir çox faktor var, biz hazırda o faktorları aydınlaşdırmağa çalışırıq”.

Bu xəbər oxucular tərəfindən 796 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |