Şrift:
Nicat Cəmilzadə: - Toy bir mədəniyyətdir!
06.04.2013 [10:53] - Gündəm, Mədəniyyət
Toy - Azərbaycan mədəniyyətnin tərkib hissəsidir. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nigah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı tətənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Toy Azərbaycan xalqının mədəniyyətində mühüm yerlərdən birini tutmaqla yanaşı xalqa xas olan bütün müsbət xüsusiyyətləri də özündə əks etdirir . Bölgələrdən asılı olaraq müəyyən fərqliliklər olsa da, ümumi toy prinsipləri çoxdur və bir çox elementlərdən ibarətdir. Ulu babalarımız "toy" dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: "Filankəs şadyanalıq edib toy çaldırıdı". Toy şənliyinə 2-3 gün qalmış "çağırışçı", bəzi bölgələrdə "salaçı" və ya "xəlfə" adlanan bir nəfər muəyyən qədər noğul verib adamları toya dəvət etməyə göndərərdilər. Çağırışçı evləri gəzib noğulu paylar və adamları toya dəvət edərdi. Artıq bu gün bu adətlər müasirləşərək dəvətnamələr şəklində dəvətlilərə paylanılır. Toya bir neçə gün qalmış oğlan evində çörək və yaxud yuxa (lavaş) bişirib tədaruk görərdilər. Ətlik heyvanlar isə toydan bir gün əvvəl kəsilərdi. Həmin axşam yaxın qohumlar və qonşular bəy oğlanın evinə məsləhətə yığışardılar. Əvvəllər toylar həyətlər də, kənd meydanlarında olardı. Artıq bu kimi adətlərə zəmanənin də təsir etdiyi hiss olunur. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilir. Düzdü bu təmizlikdir ,şəhər yerlərində o şəraitlərin olmaması qəbul ediləndir. Ancaq rayonlarımızda da bu kimi adətlərimiz artıq silini bizlərdən uzaqlaşaraq yalnız kitablarda öz əksini tapır.
Bu gün toylarda rəqslərimizdən heç əsər-əlamət qalmayıb. Heç toya adiyyatı olmayan mahnıları sifariş edib, ortadan çıxmırlar. Rəqs dedik də Akif İslamzadənin sözü yadıma düşüdü: Birinə «anası göyçək» desən, adamı öldürər. Amma çıxıb efirlərdə, toyda-bayramda, məclislərdə mahnı oxuyurlar; “ay anam mənim göyçək anam”.Bizim toy əhlidə düşüb ortalığa bu mahnını elə oynayırlar ki... Mahnı var “Aman, Göyçə məndə sənsiz qalmışam” , “Laçınım”, və s. bu kimi mahnılarımız var ki, burda vətən həsrətindən, vətən dərdi hiss olunduğu halda, ama insanlar bunu sifariş edərək düşüllər ortaya... Sankı mahnıdakı sözləri dərk etmirlər. Bu çox acınacaqlı bir vəziyyətdir. Sənin torpağın, vətənin düşmən tapdağı altında və bel çıxır ki, sən buna sevinərək oynayırsan...Bəli toy da oynamaq lazım ama bizim rəqslərimiz var ; papaq, qaytağı, cütcü,yallı,cəngi və s. bunları oynamaq lazım.
Gün o gün olsun ki, bizim cəngimiz İrəvanda, Qarabağda,Dərbəndə çalınsın. Amin.
Bu xəbər oxucular tərəfindən 1130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed