08.11.2011 [15:53] - Gündəm
Mehdi Həmidi Şəfiqin azadlığa buraxılması üçün İmzatoplama kampaniyası...
İran rejiminin abtiazərbaycan və antitürk siyasəti nəticəsində həbsxanalarda azadlığını gözləyən çoxsaylı azərbaycanlı milli-mədəni fəal var.
Mehdi Həmidi Şəfiq o tutuqlulardan biridir.
Artıq Mehdi Həmidi Şəfiqin azadlığa buraxılması üçün İmzatoplama kampaniyası başladılıb. Aşağıdakı LİNK vasitəsi ilə İmzatoplama kampaniyasına qoşula bilərsiniz:
http://www.ipetitions.com/petition/free-mehdi
Abbas Lisani ciddi hədələrlə qarşı-qarşıya
Tanınmış azərbaycanlı fəal Abbas Lisani 100 min dollar müqabilində zaminə buraxıldıqdan sonra “Amerikanın səsi”nin müxbiri İnsafəli Hidayətlə telefon söhbəti aparıb.
O, Müsahibə verməkdən imtina etsə də, müxbirin suallarını cavablandırıb. Səhhət durumunun ağır olmadığını deyən Lisani daha ciddi cəza hədələri altında olduğunu bildirib.
Abbas Lisani Urmu gölünün müdafiəsi sahəsində apardığı fəaliyyətlərin qanuni olduğunu deyib.
Urmulu siyasi fəala ölüm cəzası verilib
Urmulu siyasi fəal Behruz Alxani edama məhkum olunub.
İranın İnsan Haqları Fəallarının Xəbər Agentliyi yaydığı məlumatda bildirir ki, Əkbər Əkbərpurla birlikdə həbs edilən Behruz Alxani bir il ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin təcridxanasında saxlanılıb. İşgəncələrə məruz qalan müttəhimlər Urmu şəhərinin İnqilab Məhkəməsində mühakimə olunub. İnqilab Məhkəməsi Alxanini edama və Əkbərpuru 13 il həbs cəzasına məhkum edib.
Xəbər mənbələri onlara qarşı irəli sürülən ittihamlar barədə məlumat vermir. Bəzi məlumatlarda onların İran hökuməti əleyhinə qruplarla əməkdaşlıqda günahlandırıldığı bildirilir. Xəbərlərdə onların vəkillə təmin edilib-edilmədiyindən bəhs edilmir.
Amerika İranla bağlı tərəfdaş ölkələrə çağırış edəcək
ABŞ Administrasiyası (Amerika Birləşmiş Ştalarının hökuməti) İran Mərkəzi Bankına qarşı sanksiyaların (təhrim) tətbiqindən imtina edib.
Buna səbəb kimi belə sanksiyalar nəticəsində neft təchizatında problemlərin yaranması və dünya neft bazarında qiymətlərin artması ehtimallarının olduğu göstərilir.
Qeyd edək ki, sanksiyaların tətbiqi əvəzində ABŞ-ın tərəfdaş ölkələrdən İranla münasibətləri dondurmağı tələb edəcəyi gözlənilir.
ABŞ-ın sanksiyalarla bağlı qərarı regionda (bölgə) gərginliyin artması fonunda (zəminində) baş verib. Yaxın günlərdə MAQATE (atom enerjisi üzrə beynəlxalq agentlik) İranla bağlı növbəti hesabatını açıqlayacaq və orada İranın nüvə silahının yaradılmasına yaxınlaşması qeyd olunacaq.

Bu xəbər oxucular tərəfindən 1027 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |