Şrift:
Türkiyə XİN: B.Əsədin Türkiyə və İsrail arasında paktın imzalanması haqqında bəyanatı əsassızdır
07.04.2013 [10:27] - Gündəm, Siyasət
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bəşər Əsədin Türkiyə və İsrail arasında Suriyaya qarşı birgə fəaliyyət haqqında paktın imzalanması haqqında bəyanatını tənqid edib.
RBK-nin verdiyi məlumata görə, Davudoğlu vurğulayıb ki, Türkiyə ilə İsrail arasında Suriyaya qarşı hər hansı razılaşmanın olması haqqında fikirlərin əsası yoxdur.
"Türkiyə heç vaxt qonşularına qarşı nə İsraillə, nə digər ölkələrlə danışıqlar aparmayıb" - deyə o, əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda müsahibə vermiş Bəşər Əsəd Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı "Suriyanı məhv etmək" məqsədilə İsraillə əməkdaşlıq etməkdə ittiham edib.
Bu xəbər oxucular tərəfindən 715 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed