Şrift:
İrəvanda erməni və türkiyəli qadın sahibkarların əməkdaşlığı müzakirə ediləcək?
07.04.2013 [10:33] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
İrəvanda Ermənistan və Türkiyədən olan qadın sahibkarların “Ticarət və iqtisadi əlaqələrin qurulması” mövzusunda forumu keçiriləcək. Forum aprelin 8-dən 9-dək davam edəcək.

Erməni mətbuatının verdiyi xəbərə görə, tədbir “Qadın Forumu” və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Müəssisələrin və Bazarın Rəqabət Qabiliyyətliliyin İnkişafı Proqramı tərəfindən təşkil olunub.

“Qadın Forumu”nun məlumatına görə, tədbirin məqsədi – türkiyəli qadın sahibkarlarını Ermənistanın biznes mühiti, vergi və gömrük sistemləri, Ermənistanda müəssisələrin qeydiyyatı qaydaları ilə tanış etmək, o cümlədən, Ermənistanla Türkiyə arasında ticari-iqtisadi münasibətlərin qurulması üçün onlara işgüzar əlaqələr yaratmağa imkan verməkdir.

Forum çərçivəsində USAID-in Ermənistan ofisinin nümayəndəsi Diana Avetisyan, şərqi və cənub şərqi Türkiyənin qadın sahibkarlarının “Dokunkad” İttifaqının sədri Nevin İl, Diyarbəkirin Ticarət-Sənaye Palatasının sədri Dnedil Gəzar və “Qadın Forumu” təşkilatının sədri Lilit Avetisyan məruzələrlə çıxış edəcək.

Forumda müxtəlif sahələri təmsil edəcək 25 erməni qadın sahibkarı iştirak edəcək. Türkiyə tərəfini isə 30 qadın sahibkar təmsil edəcək.
Bu xəbər oxucular tərəfindən 966 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed