Şrift:
Azərbaycanda «Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq» mövzusunda I Dünya İqtisadi Forumu keçirilir
08.04.2013 [10:07] - Gündəm, İqtisadiyyat
Bu gün Bakıda «Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq» mövzusunda I Dünya İqtisadi Forumu (Davos Forumu) başlayıb.

“APA-Economics”in məlumatına görə, Forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Tədbiri açan Davos Forumunun icraçı direktoru Klaus Şvab tədbirin təşkilində dəstəyinə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib.

Azərbaycanın sürətlə inkişaf edən ölkə olduğunu deyən K. Şvab qeyd edib ki, ölkənin coğrafi mövqeyindən, yüksək təhsil almış işçi potensialından bu regionda birgə istifadə etmək olar. O, həmçinin Azərbaycanın maliyyə, bank, tikinti sektorunun inkişaf getdiyini diqqətə çatdırıb.

Forumun keçirilməsində məqsədin uzunmüddətli ssenarilər hazırlamaq və inkişafa təkan vermək, regionun unikal imkanlarını aşkar etmək olduğunu deyən K. Şvab bu məqsədlə dünyanın müxtəlif ölkələrindən nümayəndələrin tədbirə qatıldığını vurğulayıb.

Daha sonra regionun imkanlarına həsr olunmuş video rolik nümayiş olunub.
Bu xəbər oxucular tərəfindən 997 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed