08.04.2013 [10:22] - Güney Azərbaycan xəbərləri
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə martın 30-da Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda keçirilən konfransa münasibət bildirərib.
Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, “qonşu ölkələrlə yaxşı münasibətdə olmaq İranın xarici siyasətində prioritet məsələlərdəndir: “Sülh və stabilliyin olması bütün bölgə dövlətlərinin marağındadır. Lakin bölgədən kənar ölkələr bunu istəmir. İsrail bölgə ölkələri arasında konflikt və qarşıdurma yaranmasında maraqlıdır. Azərbaycanda sözügedən tədbirin təşkilatçıları tarixi yaxşı öyrənməyiblər. Əks halda, bilərdilər ki, hansı ərazilər həqiqətdə kimə aiddir. İndiki vaxtda tarixə qayıtmağı məqsədəuyğun hesab etmirəm. İran bölgədə yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır. Biz bölgə ölkələrinin rəhbərlərini təxribatları dayandırmağa çağırırıq”.
Qeyd edək ki, GAMAC-ın Güneylə bağlı keçirdiyi konfransa görə İran Azərbaycan Respublikasına rəsmi etirazını bildirib və bununla əlaqədar İran mətbuatında rəsmilərin dilində çoxlu anti-Azərbaycan fikirlər səslənilib.

Bu xəbər oxucular tərəfindən 945 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |