08.04.2013 [12:42] - Güney Azərbaycan xəbərləri
Bir müddət öncə İran rəsmiləri ikili vətəndaşlığı olanları cəzalandıracaqlarını bildirmiş., hətta belələrini edamla hədələmişdilər.
Bundan başqa illər uzunudur ölkəyə turist kimi gələn ikili vətəndaşlığı olanları çeşidli bəhanlərlə həbs edib. İranın “Tabnak.ir” saytı hökumət rəsmilərinin bəzilərinin ikili vətəndaşlığa malik olduğunu yazıb.
“Hökumət rəsmilərinin ikili vətəndaşlığa malik olmasının səbəbi nədir?” başlıqlı yazıda deyilir ki, İran İslam Respublikasına və xalqa xidmət etdiklərini iddia edən bir sıra hökumət rəsmiləri son vaxtlarda səssiz-səmirsiz şəkildə öz ailələrini xarici ölkələrə köçürür: “Bəzi məlumatlara görə, bir sıra hökumət rəsmiləri, hökumət qurumlarının rəhbərləri və onların müavinləri öz ailələrini ölkədən çıxararaq xaricdə məskunlaşdırıb.
İran xalqı ölkə daxilində müxtəlif çətinliklərlə üz-üzə qaldığı, sanksiyalar və təzyiqlər qarşısında müqavimət göstərdiyi bir vaxtda bəzi hökumət qurumlarının rəhbərləri və onların müavinləri öz ailələrini xarici ölkələrə köçürüb. Onların ailə üzvləri sadəcə olaraq ildə bir-iki dəfə İrana səfər edir, özlərini göstərib yenə gedirlər. Həmin hökumət qurumlarının rəhbərləri və ya müavinləri cibində ABŞ pasportunu, ya da hansısa ölkənin verdiyi neçə illik vizanı gəzdirirlər. Uzun sözün qısası, bu kimi rəsmilər İrana bağlı olmaq əvəzinə son illərdə xarici ölkələrdə özlərinin və ailə üzvlərinin daimi yaşamasına şərait yaradıblar. Bu kimi hökumət rəsmilərinin övladları Avropa, Amerika, Kanada və Avstraliyada ya universitetlərdə təhsil alır, ya da özləri üçün iş yeri qurub ticarətlə məşğul olurlar.
Necə olur ki, İranda tələbələr, iş adamları, idmançılar, ümumiyyətlə gənclər xarici ölkələrə qısamüddətli bir səfər üçün viza almaq istəyəndə problemlə üz-üzə qalır, İran İslam Respublikasına xidmət etməli olan rəsmilər isə tez-tez xaricə səfər edir, həmin ölkələrdə qalıb yaşamağın valehi olurlar? Halbuki bu şəxslər düşmənlə mübarizənin simvolu olmalı idilər. Maraqlıdır ki, onlar tutduqları vəzifələrdə çox yüksək maaş da alırlar”.

Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |