Şrift:
Con Kerri İrana qarşı həbi aktın həyata keçirilə biləcəyini deyib
08.04.2013 [15:29] - Güney Azərbaycan xəbərləri
ABŞ (Amerika Birləşmiş Ştatları) Dövlət katibi Con Kerri İrana xəbərdarlıq edib ki, artıq danışıqlara getmək vaxtıdır.

O dünən Türkiyəyə səfəri zamanı İranın nüvə proqramı ilə bağlı danışıqların “sonsuz prosses” olmadığını bildirib və qeyd edib ki, əgər İran məsələnin diplomatik yolla həllindən imtina etsə ABŞ hərbi akta hazırdır.


Qeyd edək ki, İranla 6 dünya ölkəsi arasında Alma-Atıda aparılan danışıqların növbəti mərhələsi heç bir nəticə verməyib.

İran nümayəndə heyətinin rəhbəri Səid Cəlili görüşdən sonra mətbuat konfransında bir daha ölkəsinin uran zənginləşdirməyə haqqı olduğunu deyib.


İranla danışıqlarda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin iştirak edir.


Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed