Şrift:
ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəflərini güc tətbiq etmə təhdidlərindən uzaq olmağa çağırır
09.04.2013 [10:06] - Xəbərlər, Hərb
ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəflərini güc tətbiq etmə təhdidlərindən uzaq olmağa çağırır.
ABŞ Dövlət Departmentinin rəsmi saytı xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Patrix Ventrel bəyan edib.
O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün münaqişə tərəfləri ilə iş aparmağa sadiqdir.
"Hesab edirik ki, güc tətbiq edilməsi münaqişənin həllinə gətirib çıxarmayacaq və biz münaqişə tərəflərini güc tətbiq etməkdən və ya güc tətbiq etmək təhdidlərindən kənar olmağa çağırırıq", - Ventrel deyib.
Ventrel ABŞ-ın dövlət katibi Con Kerrinnin Türkiyədə xarici işlər naziri Əhməd Davudoğlu ilə Dağlıq Qarabağla bağlı apardığı müzakirələr barədə sualı cavablandırarkən müzakirənin dəqiq təfsilatları ilə tanış olmadığını diqqətə çatdırıb.
Türkiyə-Ermənistan münasibətlərinə dair fikir bildirən Ventrel qeyd edib ki, bu, ABŞ-ın Türkiyə siyasətçiləri ilə daim müzakirə etdikləri məsələdir. Lakin Ventrel bu məsələ haqqında geniş məlumatı olmadığını bildirib.
Bu xəbər oxucular tərəfindən 851 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed