Şrift:
İran nüvə silahının yayılmamasına dair müqavilədən çıxa bilər
09.04.2013 [10:27] - Güney Azərbaycan xəbərləri
Qərb ölkələri nüvə silahlarının azaldılması və İranın nüvə hüquqlarının tanınması kimi məsələləri həll etməsələr bu ölkə nüvə silahının yayılmaması barədə müqavilədən (NPT müqaviləsi) çıxmaq məsələsini parlamentdə müzakirəyə çıxara bilər. Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaiddin Bürucerdi deyib.
Bürucerdi deyib ki, İran NPT müqaviləsinə və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) qaydalarına hörmətlə yanaşdığı bir zaman, ABŞ (Amerika Birləşmiş Ştatları) və Qərb ölkələrinin NPT-nin 6-cı (nüvə silahlarının azaldılması ) və 4-cü (İranın nüvə hüquqlarının tanınması) maddələrini saymamazlıqları qəbuledilməzdir.
O əlavə edib ki, onlar bu maddələrə etinazsız yanaşarlarsa İranın NPT-yə üzv olmasının mənası yoxdur. Bu baxımdan İran parlamenti ölkənin NPT-yə üzvliliyi məsələsinə yenidən baxa bilər.
Bürucerdi deyib ki, parlament İran xalqına edilən haqsızlığa laqeyd qala bilməz. "Bu qərar strateji bir qərardır və ölkənin Milli Təhlükəsizlik Ali Şurası bunu qəbul etməlidir, lakin parlament xalqın hüquqlarının qorunması üçün əlindən gələni əsirgəməyəcək", - Bürucerdi bildirib.FARS agentliyi məlumat yayıb.
İran və "altılıq" ölkələri (ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında İslam Respublikasının nüvə proqramı ilə bağlı danışıqlar aprelin 5-6-da Qazağıstanda keçirilib. Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Ketrin Eşton müzakirələrin sonunda deyib ki, tərəflər heç bir razılığa gəlməyiblər. ABŞ və Qərb ölkələri İranı nüvə silahı yaratmağa çalışmaqda ittiham edir. İran isə uranın zənginləşdirilməsində məqsədin nüvə elektrik stansiyalarını (niruqah) yanacaqla təmin etmək olduğunu bildirib.
İran və "altılıq" ölkələri bundan öncə fevral ayının sonunda da Qazağıstanın Almatı şəhərində görüşmüşdilər. Almatıdakı görüşdən öncə İran və 5+1 ölkələri arasında yeddi dövr görüş keçirilib. (3 dövr Cenevrədə, iki dövr İstanbulda, bir dövr Bağdadda, və bir dövr də Moskavada) . İran və "altılıq" ölkələri Almatıda keçirilən görüşün sonunda gələcəək görüşlərinin vaxtı və yeri haqda məlumat verməyiblər.
Bu xəbər oxucular tərəfindən 902 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed