Şrift:
Urmu gölündə artimiya qalmayıb
09.04.2013 [10:40] - Güney Azərbaycan xəbərləri
Urmu Gölündə həyat bitir. Səddlərin çəkilməsi nəticəsində qurudulan Urmu gölündə artimiya qalmayıb. Bu barədə Ölkənin Artimiya Tədqiqat Mərkəzinin rəisi doktor Nikuyifər danışıb. O, Çin və Vyetnamdan gətirilən Artimiyalarda xəstəliyin ola biləcəyi ilə bağlı da xəbərdarlıq edib.

Nikuyifər deyib ki, Urmu gölündə yalnız torpağın alt qatlarında Artimiya yumurtaları qalır. Onlar da soyuğa və duzlu suya davamlı olduqları üçün qalmaqdadırlar. Nikuyifər artimiyanın süni yolla bəzi ərazilərdə yetişdirildiyini bildirib. Lakin deyib ki, bu ölkənin artimiyaya olan ehtiyacını ödəmir. O, Urmu gölünün qurumasının gölə tökülən çayların qarşısında sədlərin vurulması və bölgədə yağıntıların azalması ilə bağlı olduğunu xatırladıb.
Bu xəbər oxucular tərəfindən 1428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed