Şrift:
Suriyalı Erməni ailələri Laçında
09.04.2013 [12:13] - Xəbərlər, Gündəm
Suriyada hakimiyyət və üsyançı qüvvələr arasında silahlı qarşıdurma başlanandan bu ölkədə yaşayan minlərlə böyük erməni icması nümayəndələri Ermənistana qaçmağa məcbur olublar. Onların bir qismi Dağlıq Qarabağda, xüsusilə, erməni qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazisində məskunlaşıb.

Bu ərazilərdə məskunlaşan erməni ailələrinin sayı barədə məlumatlar müxtəlifdir. Tanınmamış Dağlıq Qarabağ respublikası rəsmiləri dəqiq rəqəm açıqlamır və ya ailələrin sayının cəmi bir neçə olduğunu deyir. Müstəqil mənbələr və zonaya səfər etmiş jurnalistlər isə ailələrin sayınınn onlarla olduğunu deyir.

İşğal olunmuş ərazilərdə suriyalı qaçqınların yerləşdirilməsi ilə bağlı bu günlərdə Londonda olan tanınmamış Dağlıq Qarabağ Respublikasının xarici işlər nazirinin müavini Feliks Xaçatryan deyib ki, ailələrin sayı barədə dəqiq məlumatı yoxdur.

"Bəlkə 10, bəlkə bir az çox – demək çətin olardı. Amma bu humanitar məsələdir, və ona elə də baxılmalıdır, siyasiləşdirilmədən",-deyə Xaçatryan bildirib.

Hazırda Laçın rayonunda ümumi sayı 105 nəfər təşkil edən 29 Suriyadan gəlmiş erməni ailəsi yaşayır. Bu ailələrin dördü bir neçə il əvvəl bura köçüb. Bu barədə iki həftə bundan əvvəl “Kavkazskiy uzel.ru” (KU.ru) saytında çap olunmuş məlumatda bildirilir.

Yazıda deyilir ki, 7 ailə Laçın şəhəri qalanı Zəngilan məskunlaşır. Azərbaycan işğal altında olan ərazilərində erməni qaçqınlarının yerləşdirilməsinə etirazını bildirib və bunu "yolverilməz" hesab etdiyini deyib.
Bu xəbər oxucular tərəfindən 921 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed