Şrift:
Müqəddəs Bibarsov: İran Azərbaycana siyasi təzyiq göstərir
10.04.2013 [14:20] - Gündəm, Siyasət
“Tehran daxili və xarici hədəflərdən yayınmaq üçün Türkmənçay müqaviləsi məsələsini ortaya atıb”.

Bunu Avrasiya.net-ə Rusiya Müftilər Şurasının həmsədri Müqəddəs Bibarsov İran parlamentində Türkmənçay müqaviləsinə yenidən baxılması və Azərbaycan ərazilərinin İrana birləşdirməsini nəzərdə tutan qanun layihəsinə münasibətində bildirib.

M.Bibarsov deyib ki, İran parlamentinin bu məsələni gündəmə gətirməsi Azərbaycana qarşı siyasi təzyiqdir: “Azərbaycanın İrana birləşdirilməsi bu günün məsələsi deyil. Bu Azərbaycanın daxili məsələsidir və yalnız özü həll edə bilər. Görünür İranın ciddi problemləri var, xüsusilə də milli məsələdə. Üstəlik, ABŞ və İsrailin təzyiqləri, daxili problemləri… Mənə elə gəlir ki, İran bu təzyiqlərdən qurtulmaq üçün, daha doğrusu, hədəfdən yayınmaq üçün bu məsələni ortaya atıb”.
Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed