10.04.2013 [14:28] - Güney Azərbaycan xəbərləri
İranın Buşehr şəhəri yaxınlığında ötən gün baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb.davam.az saytının məlumata görə, 6,3 bal gücündə baş vermiş zəlzələ nəticəsində 37 nəfər ölüb, 850-dən çox yaralı var.
Əsas təkandan sonra bir birinin ardınca 80-ə yaxın təkan qeydə alınıb. Zəlzələ əsas 3 şəhərə ziyan vurub. Ən çox zərərçəkən isə 10 minə yaxın əhalisi olan Kaki şəhəri olub. Dağıntılara məruz qalan digər iki şəhər isə ümumilikdə 50 minə yaxın əhalinin məskunlaşdığı Hormuc və Kenqan olub.
Qeyd edək ki, zəlzələ ölkədə yeganə olan Buşehr atom elektrik stansiyası yerləşən şəhərin yaxınlığında olsa da, AES-in zərər çəkmədiyi qeyd edilir.

Bu xəbər oxucular tərəfindən 712 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |