10.04.2013 [14:36] - Xəbərlər, Gündəm, Mədəniyyət
Prezident İlham Əliyev Azərbaycan dilinin istifadəsinə və ölkədə dilçiliyin inkişafına yönələn dövlət proqramını təsdiq edib. Proqramın məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Onun əsas vəzifələri belə sıralanıb:
- Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması;
- dilçilik sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsi;
- dünya dilçilik elminin müasir inkişaf meyillərini nəzərə almaqla, elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;
- dilçilik sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlığın inkişaf etdirilməsi;
- dilin inkişafı və tədrisi məsələlərinin uzlaşdırılması və təkmilləşdirilməsi;
- dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin edilməsi;
- dil (ədəbi dil) və mədəniyyət tarixinin daha əsaslı tədqiqini təmin etmək üçün qədim dillərin tarixinin öyrənilməsi;
- dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi;
- dil və nitq mədəniyyətinin yüksəldilməsi;
- Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi;
- Azərbaycanda dil situasiyalarının və dil əlaqələrinin öyrənilməsi.

Bu xəbər oxucular tərəfindən 1000 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |