Şrift:
Ermənilər tərəfindən Azərbaycan əsgəri güllələndi
10.04.2013 [14:47] - Gündəm, Hərb
Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Aldığımız məlumata görə, hadisə dünən cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Şıxsəfiyev Fərhad Şıxvəli oğlu düşmən gülləsinə tuş gəlib. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib. O yaralı əsgərin vəziyyətinin normal olduğunu bildirib.

F. Şıxsəfiyev Bakının Suraxanı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Qeyd edək ki, dünən qoşunların təmas xəttinin Ağdam rayonunun Kəngərli kəndi istiqamətində N saylı hərbi hissənin leytenantı, 1988-ci il təvəllüdlü Məmmədov Şəhriyar Bayramqulu oğlu atəşkəsin pozulması nəticəsində şəhid olub.
Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed