10.04.2013 [14:53] - Gündəm, Güney Azərbaycan xəbərləri
Martın 30-da Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə Bakıda möhtəşəm konfrans keçirildi.
“Çağdaş Güney Azərbaycanın sabahı” adı altında keçirilən konfransa görə İranın xarici işlər nazirliyi Azərbaycan Respublikasına rəsmi etiraz bildirdi. Həmçinin Xamneyinin nümayəndəsi, İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri, Xarici işlər nazirliyinin sözcüsü və bir neçə qəzet və sayt öz ittiham dolu etirazlarını kobud şəkildə dilə gətirdilər.
Dünyanın ən tanınmış saytlarında işıqlandırılan konfransla bağlı xəbərlər erməni saytlarının da diqqətini çəkib. Əlbəttə ki, erməni saytları fars şovinizminə qoşularaq konfransdan narahat olduqlarını istər-isəməz bruzə veriblər.
Bu zəmində “Panorama” saytı erməni ekspert (karşünas) Armin İsrailyandan müsahibə alıb:
- İranla Azərbaycan Respublikasının arasındakı gərginliyin səbəbi nədir?
- Rəsmi Bakı, bölücü və anti-İran Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) fəaliyyəti ilə bağlı Azərbaycana verilən İran notasının cavabında, Azərbaycan Respublikasının bununla heç bir əlaqəsinin olmadığını bildirsədə, ama iqtidar partiyasının millət vəkili Siyavuş Novruzov Güney Azərbaycanın parlament sədri olmaq istədiyini deyib. Bu onu göstərir ki, Azərbaycan Respublikası birbaşa vəya dolayısı yollarla anti-İran və pantürkist qrupları dəstəkləyir.
- Acaba bu gərginlikdə Türkiyənində bir rolu varmı?
- Ələbəttə, biz real bir şəkildə məsləyə baxarsaq görərik ki, Azərbaycan və Türkiyə birlikdə hərəkət edir və İranın quzey əyalətlərini bölmək prosesini birlikdə aparırlar. GAMAC 2013-cü ilin yanvar ayında “Türk dünyasında Güney Azərbaycanın rolu” adlı bir konfrans keçirdi. Ankarada keçirilən konfransa Türkiyə dövlətinin bir çox keçmiş və indiki rəsmiləri qatıldılar.
Həmçinin Türkiyə səfiri öz ölkəsinin bayrağı ilə Təbrizin futbol takımını dəstəkləmək üçün stadiona gedir.
- Siz İranla Azərbaycan Respublikasının əlaqələrini necə görürsünüz?
2012-ci ildə Azərbaycanın İrandakı səfiri müxtəlif səbəblərə görə dəfələrlə xarici işlər nazirliyinə çağırılıb. Keçən ilin sonlarında İran Azərbaycana yeni səfir təyin edincə belə təsəvvür olunurdu ki, İranla Azərbaycanın münasibətləri müəyyən qədər adiləşməlidir. İki-üç ildir Azərbaycan partiyaları media vasitəsi ilə İrana qarşı ərazi iddiası irəli sürürlər. Hazırda isə bu iddialar rəsmilərin dilindən səsləndirilir.
Mən düşünürəm ki, Azərbaycan Türkiyə və İsrailin təhriki ilə çalışır ki, İranla əlaqələrini minimuma düşürsün.
Xəzər Dənizinin hüquqi vəziyyəti, sərhəd hadisələri, İranda türk dilli azərbaycanlılarla bağlı sorunlar, mədəni və tarixi məsələlərlə bağlı ixtilaflar, Azərbaycanla İsrail arasındakı hərbi əməkdaşlıq və s. kimi məsələlərə görə yaxın gələcəkdə İranla Azərbaycanın münasibətləri adiləşməyəcək. Keçmiş təcrübələr göstərir ki, bu problemlər olduğu müddətdə etimadsızlıq atmosferi gələcəkdə də mövcud olacaq.

Bu xəbər oxucular tərəfindən 698 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |