Şrift:
İranda uran zənginləşdirən 3 nüvə obyektinin açılışı olub
10.04.2013 [15:21] - Güney Azərbaycan xəbərləri
İran Milli Nüvə Texnologiyası Günü münasibətilə növbəti dəfə nüvə potensialını nümayiş etdirib. Bu məqsədlə 3 əhəmiyyətli nüvə obyektinin açılışı baş tutub. Mahmud Əhmədinejad açılış mərasiminə video-konfrans vasitəsilə qatılıb və nüvə obyektlərinin rəsmi açılışını edib.

"Nüvə sahəsindəki irəliləyişlər davam edir və edəcək. İran xalqı bu sahədə hər ötən gün yeni nailiyyətlərə şahid olur", - Mahmud Əhmədinejad belə deyib.

Açılışı olan nüvə obyektlərindən biri "Şəhid Rızanejad" adlanır və ölkənin ikinci zənginləşdirilmiş uran mərkəzi hesab edilir. Bundan başqa, Yəzd vilayətinin Ardakan bölgəsində uran mədəni, Taft şəhərində isə "Rodotron" sürətli emal müəssisəsi açılıb.

Bununla da, Ardakandan çıxarılan uran emal edilərək, "Şəhid Rızanejad" müəssisəsinə keçiriləcək və burada zənginləşdirilmiş urana çevriləcək. Müəssisənin ildə 60 ton zənginləşdirilmiş uran istehsal etmək qabiliyyətinin olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed