Şrift:
İrandan Suriyaya uçan təyyarə məcburi endirildi
10.04.2013 [15:26] - Gündəm, Güney Azərbaycan xəbərləri
Aprelin 8-də Suriyanın paytaxtı Dəməşq şəhərinə uçan İranın yük təyyarəsi İraq hava məkanına daxil olduğu zaman Bağdad beynəlxalq hava limanına enməyə məcbur edilib.


Təyyarədə axtarış aparılıb. İraq Nəqliyyat Nazirliyinin sözçüsü Kərim ən-Nurinin iştirak etdiyi yoxlamada yerli media nümayəndələri də iştirak edib.


Qeyd edək ki, İran yük təyyarəsində heç bir silah və ya şübhəli yükə rast gəlinməyib. Təyyarənin yalnız dərman və tibbi vəsaitlər daşıdığı və axtarışdan sonra dərhal Dəməşqə getmək üçün Bağdad hava limanını tərk etdiyi bildirilib. Ümumiyyətlə, son aylarda üçüncü dəfədir İraq rəsmiləri İran təyyarəsini məcburən endirərək axtarış aparırlar. Hətta ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Con Kerri İraqa son səfərində bu ölkə rəsmilərindən İrandan Suriyaya uçan təyyarələrin daha sıx axtarılmasını istəyib.
Bu xəbər oxucular tərəfindən 868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed