Şrift:
Bakıda faciəvi hadisə: Fəhlə öldü
10.04.2013 [17:05] - Gündəm, Hadisə
Gecə Bakının Xətai rayonu ərazisində bir fəhlə ehtiyatsızlığın qurbanı olub.

Hadisə Xətai rayonunun Məhəmməd Hadi küçəsində yerləşən Cəbrayılov Əbdüllətif Ağalətif oğluna məxsus plastik qapı-pəncərə sexində baş verib. Həmin sexdə gündəlik muzdla işləyən Əli adlı fəhlə axşam saatlarında sexin daxilində təmir işləri aparan zaman divar uçub və fəhlə ehtiyatsızlıq nəticəsində daş divarın altında qalıb.

Fəhlənin meyiti digər işçilərin köməkliyi ilə daşların altından çıxarılıb və müayinə olunması üçün məhkəmə tibb ekspertizasına göndərilib. Sexin işçiləri təxminən 50-55 yaşlarında olan Əlini yaxından tanımadıqlarını və onun 1-2 gün imiş ki, həmin sexdə işlədiyini də bildirdilər. Elə buna görə də onun haqqında hələlik kifayət qədər məlumat əldə olunmayıb.

Baş vermiş bədbəxt hadisənin təfərrüatlarını Xətai rayon prokurorluğunun əməkdaşları araşdırır. Fəhlənin məhz ehtiyatsızlıq nəticəsində həyatını itirməsi faktını prokurorluqdan da təsdiqlədilər və həmçinin hadisə ilə əlaqədar cinayət işinin başlanıldığı vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 1004 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed