11.04.2013 [10:41] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Keçən həftə Bakıda bulunan Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözcüsü, GünAz TV başqanı Əhməd Obalı bir neçə mətbuat nümayəndəsi ilə görüş keçirib və müsahibələr verib.
Əhməd Obalının “Türküstan” qəzetinə verdiyi müsahibəni olduğu kimi təqdim edirik:
1. Güney Azərbaycanın bugünkü durumuyla və son zaman diqqətləri çəkən Güney Azərbaycan, Nədən məhz indi Güney Azərbaycan məsələsi dünyanın yadına düşüb?
- Çoxlu səbəblər var onun. Səbəblərdən biri və hərəkatin güclənməsidi. 2006-ci il 22 may hadisələrindən əvvəl Güney Azerbaycanda hər hansi bir böyük dalğa yox idi. Diqqət olaraq hələ cəlb edilməmişdi. 22 may hadisələrindən sonra dünya Güney Azerbaycanda bir potensialin olduğunu gördü. Güney Azərbaycan Milli hərəkati 2006-ci il hadisələrindən sonra kütləviləşdi. 2006-ci ildə Güney Az. Milli hərəkatinin üzvlərini daha çox öyrəncilər və ziyalılar təşkil edirdilərsə, indi isə bütövlükdə xalq bu hərəkatda iştirak edir. Hərəkatimiz gücləndikcə onun gücü çoxalır və güc çoxaldıqca dünyanın da diqqətini çəkir.
Demək qısa desək, birinci Güneydə Milli hərəkatin güclənməsidi,ikinci iran rejminin getdikcə zəifləməsi, həm dünya siyasətində iranın uduzması, həm daxili iqtisadiyyatının getdikcə geri qalması, həm iranın nüvə proqramının getdikcə son nöqtəyə yaxınlaşması bütün bunlar dünyanın nəzərlərinin irana fokslanmasına səbəb olur. Bunlarla bərabər 2006-cı ildən bu yana, özəlliklə son iki ildə Güneydəki bəzi hadisələr məsələn Urmiya Gölünün qurudulmasıyla bağlı etirazlar, polislə millətin qarşıdurması xəbərləri dünyaya yayıldı.
Dünyada ən çox sevilən mövzulardan biri də çevrəni qorumaqdı. Və Urmiya gölünü üçün baş vermiş piketlər təbiəti qorumaq üçün idi. Bu da səbəblərdən biridi. Səbəblərdən başqası da sport baxımdandı. Traxtor takımının güclənməsi və milli fəallar bu dəfə Traxtorun tamaşaçısı kimi stadionlara gedib öz sözlərini deməsidi və bu sözlərin dünyada yayılmasıdı. Milli fəallarımızın xaricdəki üzvlərinin fəaliyyətlərinin çoxalması, GünAz tv-nin getdikcə təcrübələnməsi, internet sitələrimizin daha da güclənməsi, yəni bir çoxlu səbəblər vardı ki, bunların hamısının başında içərdəki (yəni Güneydəki G.A) milli fəallarımızın fəaliyyətləriylə bağlıdı.
Amerikada həm konnqresmenlər, həm siyasətçilər, hətta dünya siyasətinə diqqət eləyən xalq ilk növbədə öz maraqlarını güdür sözüz. Bu bütün dünyada belədi. Amerika İranın dünya siyasətinə müxalifdi və İranın daxilində hər hansı bir qarşıdurma olursa bu Amerikanın marağındadı. Bu o demək deyil ki, bu bizim də marağımıza deyil. Burda üst-üstə düşən maraqlara da biz diqqət eləməliyik.Hərəkatımızda iki bölüm vardı Amerika siyasətinə baxan. Məsələn bir bölüm deyir ki, Amerikanın xeyrinə biz gərək heç bir iş görməyək. Digər bir bölüm deyir ki, biz öz işimizi görək, bizim işimiz kimin xeyrinə olur olsun bizimlə birgə. Öz xeyrimizə çalışaq. Və mən düşünürəm ki , getdikcə ikinci bölüm daha çox uğurludu. Birinci bölüm ancaq onun bunun əleyhinə çalışırlar, öz maraqlarını unudurlar. Bugün Amerikalı hər hansı bir siyasətçinin durub Güney Azərbaycan haqqda danışması İran üçün baskıdı. Onlar öz maraqları üçün danışırlar. Amma, onların o maraqlarında bizim də maraqlarımız vardı. Biz də ordan faydalana bilirik. Bəzən deyirlər ki, əgər Amerikanın marağındadırsa, deməli bu iş Amerikanın işidir. Xeyir heç də elə deyil. Amerika bir çox işləri qızışdırmaq istəyər, bunu bacarar-bacarmaz onu zaman göstərər, amma bizlərin xeyri üçün Amerika heç bir iş görmək istəmir. Öz xeyri üçün görəcək, bizim ağlımız olarsa o üst-üstə düşən nöqtələrdən istifadə edə bilərik. Təbii ki, biz o gücdə deyilik ki, Amerikanın siyasətini dəyişdirək və ya onların işlərini dolaysı yolla biz yönəldək. Amma biz də eləyə bilərik ki, öz fəaliyyətimizi elə qabağa aparaq ki, müttəfiqimiz çox olsun. Farsçılıq, irançılıq bugün Türk dünyasının birinci düşmənidi. Ona görədə biz bnu düşmənimizin qarşısında onun dümənindən də faydalana biləriksək demək faydalanmalıyıq. Böyük Atatürk qurtuluş savaşında bir çoxlarından rəxmən yardım istədi və aldı. Və əlbəttə ki, düz iş gördü. Lenindən də yardım aldı. Leninlə onun halbuki əqidəsi düşmən idi. Necəki Türkiyə Cümhuriyyəti yaranandan sonra onlarda dost qalmadılar. Amma, müştərək düşmənə qarşı savaşda bir-birinə yardım elədi. O zaman müştərək düşməndə Batı düşyasıydı. Demək hədəf önəmlidi. Bizim birinci hədəfimiz Güney Azərbaycanın Azad edilməsidi, ikinci hədəfimiz Azərbaycanın Bütövləşməsidi, 3-cü və sonuncu hədəfimiz Türk Dünyası, Turandı.
2. Bildiyimiz kimi bir iki ay sonra İranda prezident seçkiləri keçriləcək. Bu seçkilərdən gözləntilər nədi?, Seçkilər nələri dəyişəcək?, Seçkilərin Güney Azərbaycana nəkimi dəyişikliklər gətirəcək?
- İranda əslində seçki sözü doğru mənasını itirir. Çünki, seçkinin bir anlamı var. Seçki odur ki, seçilən və seçən azad olur. Azad seçkinin hər zaman müsbət təsirləri olur. Demokratiyanın təməllərindən biri azad seçkidi. Amma, İranda bir qrup namizədləri öncədən seçirlər və sonra millətə deyirlər ki, bizim bu on nəfərdən birini seçin. Bu seçki olur formul bir seçki. Formul seçkinində xalqa yox, sistemə xeyri var. Millətdə ona görə deyirlər ki, gəlin səs verin dünyaya qarşısında desinlər ki, baxın bizdə xalq seçdi. İranda molla rejmi gələndən seçkilər ancaq bu tipli keçrilir. İranda bu sistemə etibar qazandırmaq üçün bir vasitədi seçki deyil. Bu seçkinin də onlardan bir fərqi olmayacaq. Lakin ötən seçkidə ölkədə düşən qarışıqlığı nəzərə alaraq deyirik ki, bu seçkilərdən rejmin özünün əleyhinə də istifadə eləmək olar. O da bunda ola bilər ki, ziddiyyət yaransın. O ziddiyyətdən istifadə edib, millət sözünü deyə bilsin. Əgər xalq zidiyyətdən istifadə edib sözünü deyə bilərsə müsbət nəsə gözləmək olar, əks halda heç nə.
Rejim indi daxildən çürüyüb. İslam rejim sovet rejimi kimidi, məhfə məhkumdu. Çünki onu xalq dəstəkləmir. İslam rejmi öz daxilindəki müxalifləri məhv etdikdən sonra başladılar özləri-öz aralarında çəkişməyə. Bunlardan bir hissəsi islahatçılar Məhəmməd Xatəminin başçılığı ilə, digər hissəsi isə mühafizəkarlardır Xamneyinin rəhbərlik etdiyi. Ötən seçkilərdə islahatçıları tam kənarlaşdırdılar seçkilərdən, bu seçkilərdə isə mühafizəkarların öz daxillərində bir neçə qruplar var və bu ruplar bir-birləriylə çəkişirlər. Demək sistem çürüyüb. Böyük rüşvətxorluqlar ifşa edilir. Orda rüşvət milyardlarla ölçülür. Onlar bir-birilərinin mətbuatdan yalanlarını açırlar.
Hər halda bu seçki rejmə ziyan edəcək. Rejmin zəifləməsi irançılıq sisteminin zəifləməsi deməkdi. Bu da bizim Güneydə müstəqillik şansını artırır.
3. Türkiyəylə İsrail arasındakı soyuq münasibətlər ötən həftələrdə Amerikanın vasitəçiliyiylə normala dönmək üzrədi. Bunun regiona və İrana nə kimi təsirləri olacaq?
- Bölgədə İranın özünə xəyali yaratdığı düşmən İsrail əslində nə İranın nə də, rejmin düşmanı deyil. Rejm İsraili düşman göstərməklə Ərəb dünyasını öz tərəfinə çəkmək məqsədi güdür. Guya İsraillə birinci savaş aparan mənəm demək üçün. Amma özəlliklə son bir ilin içində Suriyada gedən hadisələr göstərdi ki, İran heç də ərəblərin yanında deyil. İran öz maraqlarının yaxşı qabağa aparılması üçün ərəblərdən istifadə edir. Çünki Suriyada ərəbləri qıranlar Iranin dəstəyiylə Bəşər Əsəd rejmidi. Bu baximdan Mavi Mərmərə olayı İran üçün böyük bir zərbəydi. Çün bu hadisədən sonra bəlli oldu ki, İran sözdə çox danışır, Türkiyə işdə. Birinci Türkiyə Həması İrandan uzaqlaşdıra bildi, ikinci Türkiyə ərəb dünyasında bugün qəhrəman Türkiyədi, İran yox. İran İsraillə Türkiyənin barışmasında daha İran öz xeyrinə istifadə edə bilməz. Bu yaxınlaşma əlbəttə ki, İranın ziyanınadı. Bölgədə bu Türk dünyasının xeyrinədi.
Bugün Güney Azərbaycan Milli Hərəkatı dünyanın ən güclü hərəkatlarından biridi
4. Nəyə görə Güney Azərbaycan Milli hərəkatının bəlli bir lideri, bəlli bir hədəfi yoxdu?
- Bir hərəkat bir millətin işi olmalıdı. Bir partiya, bir lider yaranmış bir fikrə, hədəfə rəhbərlik edə bilər. Hər şeyddən əvvəl o fikri yaratmaq lazımdı. Xalq o fikrə inanmalıdı. Xalq öz beynində inqilab etməlidi. Əgər xalqın beynində inqilab olmasa, ona dünyanın ən böyük liderini belə versək, o xalq yenə qalib gələ bilməz. Bugün Güney Azərbaycanda əsas fikir yaranıb və inkişaf edir. Bugün Güney Azərbaycan Milli Hərəkatı dünyanın ən güclü hərəkatlarından biridi. Çünki, fikir üstündə yaranmış bir hərəkatdı, şəxsiyyət üstündə , partiya üstündə yox. O fikirdə Azadlıq, müstəqillik fikridi. Müstəqillik fikri Güneydə tam möhkəmlənib, inkişafa doğru gedir. O millət öz liderini də yetirəcək. Doğrudu xalqımızın sayına görə güclü təşkilatımız, güclü rəhbərimiz yoxdu, amma, bizim fikir baxımdan güclü təşkilatlarımız az deyil. Təşkilatlarımızın əsas fikirləri istiqlalçılıqdı. Hərəkatımız cavan olduğundan təşkilatlarımız arasında çəkişmələr, söz söhbətlər ola bilər, amma, bu təşkilatlar hamısı istiqlaliyyət üstündə gedirlər. İranda hərəkatımız digər qeyri-farsdillilərin hərəkatından çox güclüdü, daha mütəşəkkildi.
5. Güney Azərbaycanın gələcəyini necə görürsüz? İstiqlala aparan yolumuz nə qədər uzanacaq? Hansı mərhələləri keçməliyik istiqlal üçün?
İran dövləti nə qədər tez dağılacaq. Məntiq deyir ki, iran rejmi dağıldığı zaman Güney Azərbaycan istədiklərinin böyük hissəsinə çatacaq. Bu tam olaraq bir dövlət olmasada yarı bir dövlət də ola bilər yəni federal da ola bilər. Onu millətimiz təyin edəcək, yəni nə qədər çox savaşacağıqsa, o qədər də çox alacağıq. Bu qıza müddətdə ola bilər.
Güney Azərbaycanın müstəqilliyinə zidd olan birinci farslardı, sonra rusiya, ermənistandı. Bizim yolumuz o zaman asan olacaq ki, biz müstəqil Güneyin və Bütöv Azərbaycanın varlığının kimə qarşı olduğunu və kimə qarşı olmadığını indidən aydınlaşdıraq. Biz bu siqnalları indidən verməliyik ki, kimsəylə düşman olmaq üçün müstəqillik istəmirik. Biz özümüzün azadlığımız üçün, dövlətlərlə dost olmaq istəyirik. Bizim istiqlal yolumuzun çətin və ya asan olması dostlarımız tərəfindən təyin olacaq. Çünki biz indidən bilirik ki, düşmanlarımız yolumuzu çətin eləyəcəklər. Bugün bizim qardaş Türkiyə Cümhuriyyətindən bəkləntilərimiz daha çoxdu. Mən bir neçə dəfə GünAz tv dən Türkiyə Cümhuriyyətinin hakimiyyətini tənqid eləmişəm. Necə olur ki, Türkiyə Cümhuriyyəti ərəb dünyasına o qədər yardım eləyir insani baxımdan düz iş görür, amma bizi tamamən baykot eləyib görməzdən gəlir. Biz Türkiyədən mənəvi dəstək istəyirik. Türkiyə Cümhuriyyətindən gözləntilərim var. Mənim Özbəkistandan, Türkmənistandan, hətta Azərbaycan Cümhuriyyətindən çox gözləntilərimiz yoxdu. Çünki, onların özlərinin durumu ağırdı.
6. Sizcə Qərb, Amerika və Rusiya bunlar istəyəcəklərmi ki, regionda və Türkiyənin bir addımlığında yeni və böyük bir türk dövləti yaransın?
Güney Azərbaycanın azadlığı və Bütöv Azərbaycanın yaranmasının Amerikanin mənafeyinə hər hansı bir ziyanı yoxdu. Qərb dünyasının heç biri Güney Azərbaycanın müstəqilliyindən ziyan görmür, əksinə xeyir görür. Güney Azərbaycanın müstəqilliyinin iki sistemə böyük ziyanı var. Biri farçılığıa, biri ermənilərə. Biz Rusiyayla indidən dostluğu nəzərdə tutsaq, hər hansı bir düşmənçilik olmamalıdı. İxtilaf var. Rusiyanın ermənilərə dəstəyidə elə bu məsələdən yaranır. Rusiya görməlidir ki, Güney Azərbaycanın müstəqil olması Rusiyay qarşı bir şey deyil. Biz kimsəylə düşmənçilik üçün bir dövlət qurmuruq.”
Günsoy Abbas

Bu xəbər oxucular tərəfindən 1576 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |