11.04.2013 [12:06] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Yerevandakı "Nork" nəşriyyatı Azərbaycan yazıçısı Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" romanını ermənicə çap edib.
"Oxu zalı" Azadlıq Radiosunun Ermənistan xidmətinə istinadla xəbər verir ki, romanı erməni dilinə Leonid Zulfuqaryan çevirib.
Hələ ötən ilin sonunda Rusiyanın "Drujba narodov" jurnalında rusca çap ediləndən və Azərbaycanda böyük səs-küyə səbəb olandan sonra əsəri Ermənistanda da oxuyanlar az olmamışdı. Azərbaycanda çoxluq yazıçını satqınlıqda, erməniləri ucaldıb azərbaycanlıların faciələrinə göz yummaqda ittiham etmiş, Ermənistanda isə çoxluq onun əsərini "tarixi həqiqətləri cəsarətlə qələmə almaq cəhdi" kimi qiymətləndirmişdi.
Əsərdə yazıçının doğma kəndində - Naxçıvanın Əylis kəndində ötən əsrin əvvəlində dinc erməni əhalisinin qırılmasından, Bakı və Sumqayıt poqromlarından danışılır.
Yazıçının özü isə əsərinin iki xalq arasında sülhə və qarşılıqlı olaraq səhvlərin etirafına xidmət etdiyini deyir.
"Məlum oldu ki, bircə elə tolerantlığa çağırış Azərbaycanda belə səs-küy doğurdu. Ermənistanda bu kitaba maraq Azərbaycanda qaldırılan səs-küy miqyasındadır". Bunu Azadlıq Radiosunun Ermənistan xidmətinə açıqlamasında tərcüməçi L.Zulfuqaryan deyib: "Romana gəldikdə, ikinci belə bir president yoxdur. Ona görə yox ki, bu romanda qaldırılan məsələlər Azərbaycanda heç zaman müzakirəyə çıxarılmayıb. Ona görə ki, həmin məsələləri bu səviyyənin yazıçısı, bu qədər tanınan yazar qaldırmayıb".
Tərcüməçinin fikrincə, "əsərin ən uğurlu alınan hissələri müəllifin doğulduğu Əylisə-Aqulisə aid bölümlərdir".
Əsərin ermənicə yazıçının icazəsi ilə, yoxsa icazəsiz çap edildiyi barədə məlumat verilmir.
Ə.Əylislinin bu nəşrə münasibətini öyrənməyə çalışacağıq.
Azadlıq Radiyosu

Bu xəbər oxucular tərəfindən 1068 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |