Şrift:
İran parlamentindən Azərbaycana qarşı daha bir iddia
11.04.2013 [12:16] - Güney Azərbaycan xəbərləri
İran parlamentində Azərbaycana xəbərdarlıq səslənib. İran parlamentini iclasında çıxışında Urmiyadan seçilmiş millət vəkili Nadir Qazipur, Ərdəbildən seçilmiş millət vəkili Kəmaləddin Pirmüəzzinə uyğun fikir səsləndirib.


N. Qazipur Azərbaycan hökumətini “İran əleyhinə yönəlmiş” fəaliyyətə son qoymağa çağırıb. O bildirib ki, əks halda İran parlamenti hökumətdən Türkmənçay müqaviləsinə yenidən baxmağı tələb edən qanun layihəsi qəbul edəcək. N. Qazipurun fikrincə, Gülüstan və Türkmənçay müqavilələrinə uyğun olaraq İrandan ayrılmış Azərbaycan şəhərlərinin sakinləri arasında referendum keçirilsə, onlar İranın tərkibinə daxil olmağa səs verər.

Qeyd edık ki, bundan öncə Ərdəbildən olan millət vəkili Kəmaləddin Pirmüəzzin parlamentin Azərbaycan dilli millət vəkillərinin qanun layihəsini yaxın vaxtlarda hazırlayacaqlarını bildirib: “Rusiya ilə 1828-ci ildə imzalanan müqavilənin müddətinin bitdiyini nəzərə alaraq İranın şimal bölgələrindən olan millət vəkillərinin forumu qərara alıb ki, bu sənədə yenidən baxılsın. Biz çalışarıq ki, bütün imkanlardan istifadə edərək, öz hüquqlarımızı bərpa edək”.

Xatırladaq ki, Iranda Azərbaycan Respublikasına qarşı bu kimi bəyanatların səsləndirilməsi yeni deyil. İran rejimi müxtəlif bəhanələrlə öz əlaltılarının vasitəsi ilə bu kimi təxribatlara əl atıb və atmaqdadır.
Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed