11.04.2013 [12:19] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“İran terrorçu dövlətdir”
Ərdəbildən olan deputat Kəmaləddin Pirmoazzən bu günlərdə “Fars” agentliyinə açıqlamasında İran parlamentinin bir sıra üzvlərinin Türkmənçay müqaviləsinə yenidən baxılmasını və Azərbaycan ərazilərinin İrana birləşdirməsini nəzərdə tutan qanun layihəsi üzərində işlədiyini bildirib. O, Azərbaycan dilli deputatların qanun layihəsini yaxın vaxtlarda hazırlayacaqlarını qeyd edib. Onun sözlərinə görə, Rusiya ilə 1828-ci ildə imzalanan müqavilənin müddətinin bitdiyini nəzərə alaraq İranın şimal regionlardan olan deputatların forumu qərara alıb ki, bu sənədə yenidən baxılsın. Deputat bütün imkanlardan yararlanaraq, pozulmuş hüquqların bərpa ediləcəyini vurğulayıb. İran cəmiyyətində mütəmadi olaraq səsləndirilən bu kimi fikirlər, Azərbaycana qarşı ərazi iddiası, rəsmi Tehranın belə məsələlərə yanaşma tərzi və sairlə bağlı “Kaspi”nin suallarını Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev cavablandırır.
- İran parlamentində “Türkmənçay müqaviləsi”nə yenidən baxılması ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılmasına münasibətiniz necədir?
- Əvvəla onu deyim ki, o deputatın dediyi bir fikirlə tamamən razıyam ki, pozulmuş hüquqlar mütləq bərpa olunacaqdır. Azərbaycan üçün ədalətli status-kvo tarixi-coğrafi ərazisində Bütöv Azərbaycandır. Bu müqavilə ilə bağlı məsələyə gəlincə, fars şovinizmi Azərbaycanın iradəsi olmadan Azərbaycan xalqının adından bir daha müqavilə bağlaya bilməyəcəkdir. Çünki ruslarla farslar Azərbaycan xalqının iradəsi olmadan bir müqavilə bağlamışdılar və ölkəmizi bölmüşdülər. Digər bir tərəfdən mənim parlamentdə ilk çıxışım “Türkmənçay müqaviləsi”nin qüvvədən düşməsinin tanınması haqqında oldu. Yəni, İran bu müqaviləyə yenidən baxmaq istəyir. Halbuki bu müqavilə yoxdur, qüvvədən düşübdür. Çünki Azərbaycanı bölərək ərazilərini öz tərkiblərinə qatan Rusiya və İran tərəfindən birisi artıq yoxdur. Rusiya imperiyası əvvəl çar Rusiyasına, sonradan qırmızı imperiyaya çevrildi. Onun işğal altına saxladığı ərazilərdə - Azərbaycan ərazilərində bir dövlət quruldu. Hazırda bu ərazilərin quzeyində Azərbaycan Respublikası mövcuddur və fəaliyyət göstərir. Ona görə də “Türkmənçay müqaviləsi” qüvvədən düşmüş sayılır. İndi İran tərəfi bu məsələdə çox əndişəlidir. Güney Azərbaycanda gedən proseslər, İranın nüvə silahı əldə etməsi ilə bağlı dünyanın ona göstərdiyi təpkilər, İran ətrafında həlqənin tamamən daralması, rəsmi Tehranın müttəfiqsizləşməsi, İranın de-fakto yeni şəkilləndirməsi ortaya çıxandan sonra onlar əl-ayağa düşübdülər. Bilirlər ki, burada apardıcı faktor Güney Azərbaycan türklərinin mövqeyidir. Orada ən müxtəlif yollarla hərəkatı azdırmağa çalışsalar da bu baş verməyibdir. Məsələn, ötən seçki dönəmində “Yaşıllar hərəkatı” - inqilabı etmək istədilər, Azərbaycan türklərini seçkilərdə aldatmağa çalışdılar. Lakin, bunlara Azərbaycan türkləri getmədi. Ona görə də bilirlər ki, sonuc olaraq Güney Azərbaycan öz istiqlalına qovuşacaqdır. Bu səbəbdən müqaviləyə bir az yanlış yönlə yanaşmağa çalışırlar. Amma, bütövlükdə müqavilənin qüvvədən düşməsinin tanımaq, birmənalı şəkildə Azərbaycanın mövqelərinə xidmət edən bir yanaşmadır. İşğal olunmuş ərazilərdə müstəqil Azərbaycan Respublikası qurulduğundan müqavilə qüvvədən düşübdür. Bunu tanımaq lazımdır ki, Azərbaycanın işğala məruz qalan ikinci hissəsi də öz müqəddəratını həll etsin. Ən mühüm məsələlərdən biri də budur ki, “Türkmənçay müqaviləsi”nə qədər olan “Gülüstan müqaviləsi”ndə Naxçıvanla İrəvan xanlığı haqqında müddəalar yox idi. “Türkmənçay müqaviləsi” bağlananda isə İrəvanla Naxçıvan xanlığı haqqında da müddəalar ora salındı. İrəvan xanlığı deyilən Azərbaycanın Qərb ərazilərində indi bir Ermənistan dövləti qurulubdur. “Türkmənçay müqaviləsi”nin qüvvədən düşdüyünü biz tanıyandan sonra avtomatik olaraq Qərbi Azərbaycan ərazisində qurulmuş anormal Ermənistan dövlətinin taleyi ortaya çıxır. Ermənistan adlanan ərazidə əsil status-kvonu bərpa etməliyik. Nəinki ermənilərin Qarabağ istəyi, hətta bizim torpaqlarımızda dövlət qurmaqlarının hüquqi əsaslarına toxunmalıyıq. Bunları farslar da bilir və başa düşürlər ki, baş verən dəyişikliklərdən sonra mütləq İran haqqında yeni şəkilləndirmə olacaq. O mənada onların fikirlərinə əhəmiyyət vermədən və onların yanaşma bucağından çıxış etmədən biz özümüz Türkmənçay müqaviləsinin qüvvədən düşməsini gündəmə gətirməliyik. Ona görə də hesab edirəm ki, bu kimi çağırışlar İran parlamenti tərəfindən gecikmiş addımdır. İranın fatihəsi çoxdan oxunub, bitmiş bir dövlətdir. Artıq bölgədə demokratik dəyərlərin üstün vəziyyətə gətirilməsi üçün tədbirlər görülür. Bütün beynəlxalq təşkilatlar, super güclər, bu bölgədə marağı olan hər kəs mövqeyini müəyyənləşdiribdir. İran son günlərini yaşayır. Azərbaycan türkü heç vaxt hansısa gücün yanında olmayıb. 200 ildir mübarizəsini aparır. Sadəcə olaraq 200 ildir Azərbaycan türkünün dediyi həqiqəti dünya bu gün anlayıbdır.
- Sizcə, İran bu məsələni gündəmə gətirməklə nə demək istəyir?
- Bu məsələnin qaldırılmasında məqsəd həm də Rusiya, Ermənistan, İran tandeminin Azərbaycana qarşı təpkilərinin davam etdirilməsidir. Çox təəssüf edirəm ki, Azərbaycanın bəzi siyasi qüvvələri, partiyaları açıq şəkildə Rusiyanın, İranın nə istədiyini deməkdən çəkinirlər. Düşünürlər ki, prezident seçkilərində, parlament seçkilərində bu dövlətlərin aldığı gizli dəstəklərdən məhrum ola bilərlər. Ona görə də özlərini pis etmək istəmirlər. Hər şeyi açıq demək lazımdır ki, Azərbaycanın işğal olunmuş Şuşasında Rusiyanın dəstəyi ilə ermənilər tərəfindən “Talışların səsi” radiosu qurulub. İşğal etdiyi ərazini Ermənistan təklif edir, bütün sistemi Rusiya qurur, mütəxəssislər də İrandan gəlir. Üç dövlət bir yerdə Azərbaycana qarşı işlər görürlər. O biri tərəfdə «Milyarderlər İttifaqı» (RATİ) adlanan bir təşkilat qururlar, Söyün Sadıqov kimi sərsəm adamlar Azərbaycan əleyhinə bəyanatlar verirlər, hətta Borçalıda yaşayan azərbaycanlıları pis vəziyyətdə qoymaq üçün orada yaşayan soydaşlarımız adından müxtəlif danışıqlar aparırlar. Digər tərəfdən həmin RATİ-yə daxil olanlardan birisi Dağıstanda prezident postuna gətirilir və ləzgilərlə bərabər bölücü bir davranış nümayiş etdirmək istəyir. Anlamır ki, Azərbaycan bütün xalqlara, dinlərə ən tolerant münasibəti olan dövlətlərdən biridir, Azərbaycanda vətənçilik var. Burada talış, ləzgi, türk, udin, avar, rus və başqası da vətənçi olaraq bir yerdədirlər. Bu davranışların ardından İranın hazırda bu cür davranış ortaya qoyması bir mərkəzdən Azərbaycana təzyiqlərin davamıdır. Amma Azərbaycan Qərb yönümlü dəyərləri, siyasi və demokratik baxışları əsas götürən, dünyaya inteqrasiya edən, Avropaya enerji ixrac edən bir dövlətdir. Məhz bu axırıncı amil, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun olması Rusiyanı çox qıcıqlandırır. Rusiya ermənilərə dəstək verməklə ümumi Qafqaz evinin formalaşmasına maneələr yaradır. Bdzina İvanişviliyə dedizdirirlər ki, biz Abxaziya üzərindən Rusiyaya-Ermənistan dəmir yolu açılmasına baxa bilərik. Bununla Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə kölgə salmağa çalışır. Amma bütün bunlara baxmayaraq Azərbaycan və onun müttəfiqləri bunun qarşısında dayanacaqdır. İranın da bu gün göstərdiyi o təpkilər Rusiyanın Ermənistanla birlikdə Azərbaycana qarşı təzyiq mexanizmlərindən biridir. Onlar özləri də bilirlər ki, bu pressinqlərin effekti yoxdur.
- Türkmənçay müqaviləsinə yenidən baxılması İran və Azərbaycan üçün nə vəd edir?
- Müqaviləyə yenidən baxmaq lazım deyil. Müqavilə yoxdur, qüvvədən düşüb. Sadəcə biz müqavilənin qüvvədən düşdüyünü deməklə dünyaya bəyan edə bilərik ki, baxın, bu ədalətsiz müqavilə ilə iki imperiya tərəfindən Azərbaycan parçalanıb. Tarixən bu bölgədə Azərbaycan adlı nəhəng dövlət olub. Əgər bu dövlət hazırda yenidən bərpa olunarsa, bütövlüyü təmin olunarsa bütün bölgədə, qonşu dövlətlərdə sülh və sabitlik olacaq. Vahid Azərbaycan azad sənaye ölkəsi olduğu üçün bütün dünyanın açıq bazarına çevriləcəkdir. Bu regionda silahlanmaya son qoyulacaqdır. Hazırda bölgədə təhdidlər olduğu üçün Amerika, İsrail və başqa dövlətlər “Fars” körfəzi adlandırılan “Kəngər” körfəzində hər il milyardlarla dollar xərcləyib donanmalar, hava-hücumundan müdafiə sistemləri saxlayırlar. Rusiya da bu gərginlikdən sui-istifadə edib silah-sursat satışını daha da genişləndirir, süni münaqişələr yaradır. Bütöv Azərbaycan yaransa artıq bunlara ehtiyac olmayacaq. Bu mənada Türkmənçay müqaviləsinə yenidən baxmaq, Vahid Azərbaycanla bağlı mesajlar vermək, bu istiqamətdə siyasət yürütmək Azərbaycanın yeni şəkilləndirmədə Azərbaycana xeyir edən, ədalətli status-kvonun bərpasıdır. İran isə bu müqavilənin qüvvədən düşməsini “xortdan” kimi qələmə verir. Guya ki, İran müqaviləyə yenidən baxarsa, Azərbaycan bundan zərər çəkəcək. Əsl gerçəklikdə isə rəsmi Tehran başa düşür ki, bu müqavilənin qüvvədən düşməsinə yenidən baxılması İranın taleyinin həll olunmasında əhəmiyyətli rol oynaya bilər. Yeni şəkilləndirmədə Bütöv Azərbaycan məsələsi mütləq meydana gələ bilər. Bu, İrana iflas, Azərbaycana isə inkişaf vəd edən məqamdır.
- Sözügedən qanun layihəsindən irəli gələrək, İran tərəfinin Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi nə dərəcədə düzgündür?
- İran rəsmiləri özləri etiraf edir ki, Fələstində, Livanda və başqa yerlərdə fəaliyyət göstərən terrorçu təşkilatları dəstəkləyirlər. Dünənə qədər İran Azərbaycandakı yəhudilərə qarşı qırğınlar törətmək istəyirdi. Bu məqsədlə İrandan təlimat almış silahlı şəxslər ölkəmizdə həbs olundu, zərərsizləşdirildi. Hazırda da İran qonşuların hamısını təhdidlə məşğuldur. Teokratik rejimin idarə etdiyi İran terrorçu bir dövlətdir. Bu imperiya özündən əvvəlki imperiyaların taleyini yaşamağa məhkumdur. Biz bilirik ki, rəsmi Tehranın təhdidlərlə çıxış etməsi, ətrafdakıları əzməsi əslində İranın özünü qorumasına xidmət edir. Ona görə də hesab edirəm ki, İranın Azərbaycana qarşı ərazi iddiası və sair təhdidlər hüquqi baxımdan tamamilə yanlış addımdır. Bununla onlar öz simalarını göstərirlər. İndiyə qədər din pərdəsi altında insanları aldatdıqlarını ortaya qoymuş olurlar. Molla rejimi din pərdəsinə bürünərək bu günə qədər Cənubi Azərbaycanı əsarətdə saxlayıb, oradakı soydaşlarımızın haqqını tapdayıb, onların dini inanclarından, möminliyindən öz maraqları naminə sui-istifadə edib.
- İndiki şəraitdə Türkmənçay müqaviləsinin ləğvi, Şimali və Cənubi Azərbaycanın birləşərək vahid dövlətə çevrilməsi nə dərəcədə realdır? Hüquqi baxımdan bu mümkündürmü?
- BMT-nin 1978-ci il konvensiyasına görə işğal altında olan ölkələr işğala məruz qaldıqları ölkələrin üzərinə götürdükləri təəddüdləri daşımırlar. Yəni, İranın və Rusiyanın bölüşdürən zaman üzərlərinə götürdükləri təəddüdləri nə Şimali, nə də gələcəkdə yaranacaq Cənubi Azərbaycan daşımayacaqdır. Əgər Güney Azərbaycan Respublikası birinci mərhələdə İranın yeni şəkilləndirməsində müstəqil dövlət olduğunu elan edəcəkdirsə, ikinci mərhələdə burada zorakı heç bir şey olmayacaqdır. Bu məsələ xalqın ümumi referendum yolu ilə həllini tapmalıdır. Hesab edirəm ki, məhz o zaman bizim dövlətimiz və əhalimiz birmənalı şəkildə Azərbaycanın bütövlüyü təmin edəcəkdir. Hüquqi baza olaraq 1828-ci ildə Azərbaycan bölünənə qədər olan status-kvo əsas götürülməlidir. Bu status-kvonun bərpası tam ədalətli və beynəlxalq hüquqa uyğundur.
- Azərbaycan İranın bu cür təhdidlərindən müdafiə olunmaq üçün hansı addımları ata bilər?
- Azərbaycan çalışır ki, ümumiyyətlə dövlət siyasətində sıfır problemli dövlət siyasətini yürütsün. Amma neyləmək olar ki, Azərbaycanın iradəsindən asılı olmayaraq, Rusiya, İran və Ermənistan açıq-aşkar düşmənçilik siyasəti yürüdürlər. belə olan halda Azərbaycan onların qarşısında müqavimət göstərməyə borcludur. Lakin Azərbaycanın dövlət siyasəti, ölkəmizin müqavimət göstərməsi sadəcə hakimiyyətin borcu deyil. Azərbaycanda siyasətlə məşğul olan bütün siyasi partiyaların, QHT-lərin, ictimai təşkilatların, bütün vətəndaşların borcudur ki, ana Vətəni qorusun. Biz bu dövlətin, bu ölkənin vətəndaşlarıyıq. Hakimiyyət sadəcə idarəetmə sistemidir. Bu dövlət yalnız hakimiyyətin məhsulu olmadığı kimi, həm də sadəcə onun məsuliyyəti deyil. Bizim hamımızın məhsulu və hamımızın məsuliyyətidir. Ümummilli məsələlərdə vahid mövqedən çıxış etməyi bacarmalıyıq. əgər belə olsa İran və Rusiya kimi dağılmağa məhkum olan çürümüş rejimlər Azərbaycanda heç nə edə bilməz, heç nəyə nail ola bilməzlər.
Rufik İSMAYILOV "Kaspi" qəzeti.

Bu xəbər oxucular tərəfindən 1407 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |