11.04.2013 [12:38] - Xəbərlər, Siyasət
Fələstin muxtariyyətinin baş naziri Salam Fəyyad vəzifəsindən istefa verib. Fəyyad istefa barədə öz xahişini İordaniyada səfərdə olan prezident Mahmud Abbasa göndərib. Bu barədə İTAR-TASS Reuters agentliyinə istinadən məlumat verib.
Məlumatda deyilir ki, Fəyyadın istefa verməsinin səbəbi onun Mahmud Abbasla dövlət siyasətinin əsas istiqamətlərində yaranmış böyük fikir ayrılığı olub. Müşahidəçilərin fikrincə, həmin fikir ayrılığı o həddə çatmışdır ki, hətta prezident onu məcburən istefaya göndərə bilərdi.
Aprelin əvvəlındə Salam Fəyyad mədə ağrıları ilə xəstəxanaya yerləşdirilib. Müayinədən sonra Fəyyad iş fəaliyyətinə davam etmişdi.
Mahmud Abbasın bu gün İordaniyadan qayıdacağı gözlənilir.

Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |