11.04.2013 [13:11] - Gündəm, Siyasət
"İranlı deputatlar tarixi yaxşı bilmədiyindən belə mənasız işlərlə məşğul olurlar"
İran parlamentinin bir neçə deputatı Türkmənçay müqaviləsinə yenidən baxılması və Azərbaycan ərazilərinin yenidən Irana birləşdirməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyirlər. “Fars” agentliyinin məlumatına görə, Ərdəbildən olan deputat Kəmaləddin Pir-Moazzən parlamentin azərbaycandilli deputatlarının yaxın vaxtlarda müvafiq qanun layihəsi hazırlayacaqlarını deyib.
Deputat qeyd edib ki, 1828-ci ildə Rusiya ilə imzalanan bu müqavilənin müddəti bitdiyindən Iranın şimal regionlardan olan deputatlar bu sənədə yenidən baxılmasını və hüquqlarının bərpa olunmasını qərara alıb.
Xatırladaq ki, ikinci Rusiya-Iran müharibəsi nəticəsində ÿimzalanan bu müqaviləyə əsasən, Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın, cənubdakı əraziləri isə Iranın əlinə keçdi.
Bəs Iranın bu iddiası nə dərəcədə əsaslıdır?
Tarix elmlər doktoru Cəmil Həsənli iranlı deputatların tarixi yaxşı bilmədiyindən belə mənasız işlərlə məşğul olduqlarını deyir. Çünki bugünkü Iran-Azərbaycan sərhədləri Türkmənçay müqaviləsilə deyil, 1921-ci il 26 fevral müqaviləsi ilə tənzimlənib. Çünki inqilabdan sonra çar Rusiyasının imzaladığı bütün müqavilələr ləğv olunub. 1921-ci ildə SSRI ilə Iran arasında bağlanmış müqaviləyə əsasən Türkmənçay müqaviləsi qüvvədən düşmüş hesab edilib.
C.Həsənlinin sözlərinə görə, əksinə, Azərbaycan 1921-ci ildə Irana keçən özünə məxsus bir sıra sərhəd məntəqələrini tələb edə bilər. Çünki 1921-ci il müqaviləsinə görə, Azərbaycana məxsus bir sıra sərhəd məntəqələri Irana verilib. Azərbaycan bu gün haqlı olar ki, o məntəqələri geri istəyə bilər. 1921-ci il müqaviləsinə görə, Türmənistanın Iranla sərhədlə yerləşən Firuzə yaşayış məntəqəsi Iranda qalmalı idi. Onun əvəzində qeyri-rəsmi razılaşmaya əsasən, Firuzə qaldı Türkmənistanda, Azərbaycanın həmin sahəyə bərabər ərazisi verildi Irana. Azərbaycan bu gün beynəlxalq hüquqa əsaslanıb öz ərazilərini geri istəyə bilər: “Yeni sərhədlər 1921-ci il müqaviləsi ilə müəyyən edilib. Bu müqavilənin çox maraqlı məqamı var. Sovet ittifaqı ilə Iran arasında sərhədlər qurulanda bu məsələ ortaya çıxdı. Iran tərəfi bu müqavilə ilə Azərbaycan ərazisindən həmin dövrdə sovet Azərbaycanına məxsus olan sərhədyanı əraziləri mənimsədi. Bu, Araz çayının sağ sahilində Abbasabad qalası yaxınlığında 77 kv km sahəsi olan Abbasabad yaşayış məntəqəsidir. Bunun müqabilində 1921-ci il müqaviləsinə əsasən, Irana çatmalı olan Artek çayı üzərində yerləşən 122 kv km sahəsi olan Türkmənistanın Firuzə məntəqəsini sovetlər mənimsədi. Bundan əlavə, Türkmənistanın Lütvabad şəhəri yaxınlığında yerləşən 45 kv km sahəsi olan Hisar yaşayış məntəqəsi də Irana verildi. Uzun müddət bu, SSRI ilə Iran arasında mübahisəli məsələ kimi qaldı. Çünki müqavilənin 3-cü bəndinə əsasən, Firuzə ərazisi Irana qaytarılmalı idi, lakin SSRI onun strateji əhəmiyyətini nəzərə alaraq qaytarmadı. Firuzə məntəqəsi rəsmən indi də Iran ərazisi sayılır”.
C.Həsənli bütün bunların şifahi razılaşmalar əsasında əldə olunduğunu, hər hansı müqavilə, yaxud diplomatik sənəddə öz əksini tapmadığını bildirdi. Ona görə də Azərbaycan tərəfi SSRI ilə Iran arasında imzalanmış müqaviləyə uyğun olaraq Firuzə məntəqəsinin əvəzi kimi Irana verilmiş Abbasabad məntəqəsini tələb etməyə tam haqlıdır.
Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə Iran tərəfinin səsləndirdiyi təklifi absurd və cəfəng adlandıraraq bunun şərh olunası məsələ olmadığını bildirdi.

Bu xəbər oxucular tərəfindən 1151 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |