12.04.2013 [10:30] - Gündəm, Güney Azərbaycan xəbərləri, İdman
Aprelin 10-da Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin “Traktor” futbol komandası Səudiyyə Ərəbistanının “əş-Şəbab” klubunu qəbul edib.
“Səhənd” stadionunda yerli vaxtla saat 20:15-də başlayan və 60 min azarkeşin işlədiyi görüş bir sıra maraqlı faktlarla yadda qalıb. Belə ki, bütün təzyiqlərə baxmayaraq, stadionda Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı qaldırılıb və bu da azərbaycanlı azarkeşlər arasında böyük coşğuya səbəb olub. Onlar buna futbolda Meksika dalğası kimi tanınan hərəkətlərlə cavab veriblər. Eyni zamanda stadionun bir tərəfi “Yaşasın”, digər tərəfi isə “Azərbaycan” deməklə “Yaşasın Azərbaycan!” şüarını səsləndirib.
Bundan əlavə, azarkeşlər casusluqda ittiham edilərək 8 il azadlıqdan məhrum edilmiş və hazırda Tehranın Evin həbsxanasında saxlanılan hüquq müdafiəçisi, jurnalist Səid Mətinpurun azadlığı tələb edilib. Onlar üzərində ingilis dilində yazılmış “Free Saeid Matinpoor” plakatını qaldırıblar.
Bir qrup şəxs isə stadionda İran bayrağı qaldırmağa cəhd göstərib. İran bayrağını qaldıranların İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları olduğu bildirilir. Lakin bu hərəkət azərbaycanlı azarkeşlər arasında böyük narazılığa səbəb olub. Onlar həmin qrupun üzərinə hücum çəkiblər, bayrağı onların əllərindən alaraq cırıb, özlərini isə döyüblər. Azərbaycanlı azarkeşlər kütləvi şəkildə “Bişərəf!” şüarını səsləndiriblər. Sonda həmin qrup qaçmağa məcbur olub.
Qeyd edək ki, “Traktor” - “əş-Şəbab” görüşü 0:1 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb.

Bu xəbər oxucular tərəfindən 1315 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |