Şrift:
Rumıniyanın sabiq prezidentləri Bakıya gələcəklər
12.04.2013 [12:47] - Xəbərlər, Diaspor
Rumıniyanın sabiq prezidentləri İon İliesku, Emil Konstantiniesku və xanımı Nadya Konstantiniesku, həmçinin sabiq baş nazir Petre Roman mayın 6-8-də Azərbaycanda səfərdə olacaqlar.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, səfərin məqsədi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi Cənubi Qafqaz Forumunda iştirak etməkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisi, 40-dan çox sabiq ölkə və hökumət başçısını bir araya gətirəcək.
Chatham Evinin qanunları ilə nizamlanan beynəlxalq forumun əsas tərəfdaşları Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace və Gəncə Şəhər İcra Hakimiyyətidir.
Bu xəbər oxucular tərəfindən 985 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed