Şrift:
İranda tanınmış vəkil 6 il azadlıqdan məhrum edilib
12.04.2013 [13:00] - Güney Azərbaycan xəbərləri
İranda tanınmış vəkil Məhəmməd Seyfzadə 6 il azadlıqdan məhrum edilib.
“Radiofərda”ya istinadən məlumatına görə, bu barədə onun həyat yoldaşı Fatimə Gülzar açıqlama verib.

Onun sözlərinə görə, M.Seyfzadə iki ildir həbsxanadadır: “O bu il martın 25-də azadlığa çıxmalıydı. Ancaq Seyfzadəyə əlavə iki iş açılıb və yeni ittihamlar irəli sürülüb. Vəkil İranda insan haqlarını müdafiə edən təşkilatlara üzv olmaqda, ölkəni qeyri-qanuni tərk etməkdə, həbsxanada məktub və bəyanatlar yazaraq imzalatdırmaqla hakimiyyətin əleyhinə təbliğat aparmaqda günahlandırılaraq 6 il azadlıqdan məhrum edilib”.
Bu xəbər oxucular tərəfindən 851 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed