Şrift:
Amerikadan İrana yeni sanksiya
12.04.2013 [13:11] - Güney Azərbaycan xəbərləri
ABŞ hökuməti İrana yeni sanksiya tətbiq edib.Sanksiya İsveçrədə yerləşən “Naftiran İntertrade” şirkətini hədəfə alıb. Maliyyə Nazirliyi rəsmi açıqlama yayaraq bu şirkətin qara siyahıda olan İran Milli Neft Şirkətinin idarəçiliyində fəaliyyət göstərdiyini bəyan edib. Sanksiya ABŞ vətəndaşlarına “Naftiran İntertrade” şirkəti ilə işgüzar əlaqə qurmaq yasağını və şirkətin ABŞ yurisdiksiyası altındakı hesablarının dondurulmasını nəzərdə tutur.

“Naftiran İntertrade” şirkətinə və İran Milli Neft Şirkətinə maliyyə dəstəyi verən iş adamı Babək Murtəza Zəncani, həmçinin Birinci Malayziya İslam Sərmayə Bankı da yeni sanksiyanın təsir dairəsinə düşür.
Bu xəbər oxucular tərəfindən 948 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed